Rejissorların ilham pərisini jurnalistlər belə çətinliklə tanıyıb
Hollivudun ən məşhur aktrisalarından biri olan Uma Turman tanınmaz hala düşüb. ANS PRESS-in bulvar mətbuatına istinadla verdiyi məlumata görə, aktrisa plastik əməliyyatın dozasını artırıb.
Kventin Tarantinonun ilham pərisi olan Turman Nyu Yorkda film təqdimatında üzə çıxıb. “Sillə” filminin premyerasına qatılan aktrisanı jurnalistlər çətinliklə tanıyıblar.
44 yaşlı aktrisanın gözünün formasında, alın dərisində dəyişiklər meydana gəlib. Üz dərisindəki dartılma onun təbəssümündə də hiss edilir.
Uma Turman təqdimatda makiyajdan demək olar ki, istiadə etməyib. Buna görə də, onun yeni əməliyyat olduğu açıq-aydın hiss edilib. O, infksiyalardan qaçmaq üçün makiyajdan istifadə etməyib.
ANS PRESS