Yaxın günlərdə İranın düşmənə qarşı zərbələrinin tempini və miqyasını artıracaq.
Elchi.az xəbər verir ki, bu barədə İranın Xatəm əl-Ənbiya hərbi komandanlığının mərkəzi qərargahı məlumat yayıb.
Xatəm əl-Ənbiya qərargahının sözçüsü polkovnik İbrahim Zülfəqarinin sözlərinə görə, ABŞ və İsraillə əlaqəli hədəflərə qarşı bir neçə cəbhədə (hava, dəniz və quru) əməliyyatların intensivliyini artırmaq planlaşdırılır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, ABŞ İranın hazırkı rəhbərliyini devirmək istəyir ki, ölkədə “yaxşı bir lider” olsun. Onun sözlərinə görə, ABŞ hakimiyyəti “bunun üçün yaxşı iş görən” bir neçə nəfəri nəzərdə tutur.
Tramp həmçinin ABŞ-ın Amerika və İsrail qoşunlarının İrana qurudan hücum etməyə hazır olması ilə bağlı açıqlamalarına da münasibət bildirib. O, bu cür danışıqların “vaxt itkisi” olduğunu və hələlik belə bir planın olmadığını bildirib.
Məryəm




















