"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Mərkəzi Bankda yoxlama: Nöqsanlar aşkarlandı

11 Aprel 2023 - 17:04
in İQTİSADİYYAT
FacebookVatsap

Hesablama Palatası Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il və 2022-ci ilin I yarısındakı maliyyə-təsərrüfat fəaliyyətinin uyğunluq auditini aparıb, nöqsanlar aşkarlayıb.

Bunu da oxuyun

Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb

Bu günün valyuta məzənnələri

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Elchi.az xəbər verir ki, bu barədə Palata məlumat yayıb.

Qurum hesab edir ki, AMB-nin gəlir və xərclərinin proqnozlaşdırılması fəaliyyəti kifayət qədər təkmil hüquqi çərçivəyə əsaslanıb, onun büdcəsi “Mərkəzi Bankda büdcə planlaşdırılması və icrasına nəzarətin prosedur Qaydaları”nın tələbləri nəzərə alınmaqla və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla hazırlanıb. Bu da öz növbəsində maliyyə hesabatlılığının dürüstlüyü üzrə risklərin aşağı səviyyədə saxlanılmasına zəmin yaradır. AMB-nin ayrı-ayrı illər və obyektlər üzrə İdarə Heyəti tərəfindən təsdiq edilmiş investisiya büdcəsində hər il üçün nəzərdə tutulan investisiya vəsaitləri müvafiq il ərzində istifadə edilməyib və yaxud müvafiq ilin büdcəsində nəzərdə tutulmadığı halda, investisiya xərclərinə yol verilib. Layihə-smeta sənədlərinə ekspertiza rəyi alınmadan, tikintiyə müəllif nəzarəti təmin edilmədən və tikintinin ehtimal olunan qiyməti hesablanmadan tikinti işləri başlanılıb və obyektin tikintisinin başa çatmasını rəsmiləşdirən “İstismara icazə Aktı” tərtib və təsdiq edilməyib. Tikinti işləri tam başa çatdıqdan sonra qanunvericiliyin tələblərinə uyğun sənədləşmə aparılıb.

Mühasibat uçotu üzrə uzunmüddətli aktivlərə hesablanmış amortizasiya xərclərinə görə qalıq məbləği göstəriciləri ilə 31 dekabr 2021-ci il tarixinə tərtib edilən illik maliyyə hesabatları və “Dövlət əmlakının qorunub saxlanması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat”ın göstəriciləri arasında uyğunsuzluqlar olub, 276,4 min manat dəyərində olan əsas vəsaitlər “Kompüter və avadanlıqlar” sinfində uçota alınmalı olduğu halda, “Mebel və avadanlıqlar” sinfində uçota alınıb, “Mərkəzi Bankın yeni inzibati binasının tikintisi” obyekti ilə əlaqədar tikinti-quraşdırma işləri üzrə 103 358 min manat məbləğində investisiya xərcləri kapitallaşdırılan xərclər kimi tanınmayıb.

Sumqayıt Ehtiyat Mərkəzinin yeni inzibati binasının istifadəyə verilməsinə baxmayaraq, istismarda olduğu müddətdə 854,8 min manat məbləğində amortizasiya xərci hesablanmayıb. Elmi-tədqiqat işlərinə görə qeyri-rezident fiziki şəxslə bağlanmış müqavilə üzrə həyata keçirilmiş ödəniş ilə bağlı ödəmə mənbəyindən 4,9 min manat məbləğində vergi borcunun, qeyri-rezident hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə ödəmə mənbəyindən 9 halda 210,6 min manat məbləğində vergi borcunun, həmçinin informasiya texnologiyaları sahəsi üzrə iş və xidmətlərin göstərilməsinə görə qeyri-rezident hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə 207,4 min manat ƏDV məbləği hesablanaraq dövlət büdcəsinə ödənilməyib.

AMB korporativ idarəetmə standartlarına sadiqlik göstərərək bankın strateji baxışı əsasında onun strateji vəzifə və hədəflərini müəyyən edib, onlara nail olunması üçün funsional alət və prosedurları tətbiq etməklə bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü, habelə risklərin səmərəli idarə edilməsinə və fəaliyyətinin şəffaflığına nail olunması məqsədi ilə effektiv daxili nəzarət sisteminin tətbiqini təmin edib. “Mühasibat uçotu haqqında” qanunun tələblərinə əməl etməklə yanaşı, uçotun Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun aparılmasını təmin edilib, maliyyə hesabatları beynəlxalq standartlara uyğun tərtib edilib və ictimailəşdirilməsi üçün qurumun internet saytında yerləşdirilib.

Previous Post

Mərkəzi Bankda yoxlama: Nöqsanlar aşkarlandı

Next Post

Şəhidlərimiz var – Təcili

Bənzər yazılar

Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb

Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb

29 İyun 2026 - 14:09

"Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb". Elchi.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvü Rasim Xammədov Bakıda keçirilən "Azərbaycanın...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

29 İyun 2026 - 09:57

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, iyunun 29-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

29 İyun 2026 - 09:33

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Elchi.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun...

Birjalarda neft bahalaşdı

Dünya bazarlarında neft yenidən bahalaşır

29 İyun 2026 - 09:25

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin avqust müqaviləsinin dəyəri 0,71% artaraq 1...

Next Post
Şəhidlərimiz var – Təcili

Şəhidlərimiz var - Təcili

Şəhidlərimiz var – Təcili

Şəhidlərimiz var - Təcili

Son xəbərlər

Almaniyada atışma: 5 ölü var, şübhəli şəxs saxlanılıb

Almaniyada atışma: 5 ölü var, şübhəli şəxs saxlanılıb

29 İyun 2026 - 17:01
Şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsi qadağan olunub

Şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsi qadağan olunub

29 İyun 2026 - 16:57
İyul ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

İyul ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

29 İyun 2026 - 16:45
Rusiyadan AZAL-la bağlı açıqlama – Təcili

Rusiyadan AZAL-la bağlı açıqlama – Təcili

29 İyun 2026 - 16:37
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib

Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib

29 İyun 2026 - 16:29
Tramp: İran ABŞ ilə görüşmək istəyib

Tramp: İran ABŞ ilə görüşmək istəyib

29 İyun 2026 - 16:21
Türk Dünyası Həftəsi çərçivəsində plenar iclas keçirilib

Türk Dünyası Həftəsi çərçivəsində plenar iclas keçirilib

29 İyun 2026 - 16:15
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-da qeyd ediləcək

29 İyun 2026 - 16:06
Ərdoğandan Ukrayna ilə bağlı ÇAĞIRIŞ

Ərdoğandan Ukrayna ilə bağlı ÇAĞIRIŞ

29 İyun 2026 - 16:00
Messi qrup mərhələsinin ən yaxşı futbolçusu seçildi

Messi qrup mərhələsinin ən yaxşı futbolçusu seçildi

29 İyun 2026 - 15:46
Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı keçirildi – Aqil Ələsgər yenidən İdarə Heyətinə seçildi

Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı keçirildi – Aqil Ələsgər yenidən İdarə Heyətinə seçildi

29 İyun 2026 - 15:43
Almaniyada 100.000-ə qədər iş yeri yox ola bilər

Almaniyada 100.000-ə qədər iş yeri yox ola bilər

29 İyun 2026 - 15:30
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

29 İyun 2026 - 15:14
“Lukaşenko Zelenskidən Putinə mesaj ötürməyib” – Peskov

“Lukaşenko Zelenskidən Putinə mesaj ötürməyib” – Peskov

29 İyun 2026 - 15:00
Bakı-Xırdalan-Sumqayıt sürət qatarı nə vaxt fəaliyyətini bərpa edəcək? – ADY AÇIQLADI

Bakı-Xırdalan-Sumqayıt sürət qatarı nə vaxt fəaliyyətini bərpa edəcək? – ADY AÇIQLADI

29 İyun 2026 - 14:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.