Mərakeş ordusu ölkənin ən yüksək zirvəsi olan Tubkal dağında qar uçqunu nəticəsində həlak olan üç nəfərin cəsədinin tapıldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Mərakeş Silahlı Qüvvələrinin yazılı açıqlamasında bildirilir ki, 18 yanvarda Mərakeşin mərkəzindəki İmlildən Tubkal dağına aparan aşırımda qar uçqunu nəticəsində üç nəfər tələyə düşüb və ordu yerli hakimiyyət orqanları, jandarma və mülki müdafiə ilə sıx əməkdaşlıq çərçivəsində axtarış-xilasetmə əməliyyatlarına başlayıb.
Bəyanatda əlavə edilib ki, hava şəraitinin kəskin dəyişkənliyinə və çətin təbii şəraitə baxmayaraq, axtarış qrupları qəza yerinə gedən yolları təmizlədikdən sonra itkin düşmüş şəxsləri tapıb cəsədlərini çıxara biliblər.
Mərakeş Meteorologiya Xidməti həmçinin şənbə gününə qədər davam edəcək aşağı təzyiqli sistemin Mərakeşin müxtəlif bölgələrinə güclü yağış, qar və güclü külək gətirəcəyi barədə xəbərdarlıq edib.
Şayəstə





















