Kanada Silahlı Qüvvələri, ABŞ ilə artan diplomatik gərginlik və Prezident Donald Trampın ritorikasına cavab olaraq, 100 ildən sonra ilk dəfə olaraq mümkün ABŞ işğalına qarşı müdafiə modelləri üzərində işləməyə başlayıb.
Elchi.az xəbər verir ki, rəsmilər bu işin tamamilə nəzəri və ehtiyat tədbiri olduğunu vurğulasalar da, iki ölkə arasındakı münasibətlərin vəziyyətini göstərmək baxımından olduqca vacibdir.
The Globe and Mail qəzetində dərc olunan xəbərə görə, Kanada ordusu mümkün hücumda ABŞ-ı ənənəvi metodlarla dayandıra bilməyəcəyinin fərqindədir. Buna görə də, hazırlanmış modeldə aşağıdakı strategiyalar diqqət çəkir:
Birbaşa cəbhə müharibəsi əvəzinə, diqqət təxribat, pusqu və vur-qaç taktikalarına yönəlib. Bir rəsmi bildirib ki, bu model 1979-1989-cu illərdə Sovet-Əfqan müharibəsində ruslara qarşı vuruşanların taktikalarından ilhamlanıb. Məqsəd işğalçı qüvvələrə yüksək itkilər verməklə işğalı baha başa gətirməkdir.
Ənənəvi ağır silahlar əvəzinə dron sistemlərinin effektiv istifadəsi planlaşdırılır.
Şayəstə





















