ABŞ prezidenti Donald Tramp Pensilvaniya ştatının Pocono dağında iqtisadiyyatla bağlı çıxışı zamanı xarici ölkələrə tətbiq etdiyi kütləvi rüsumların əhəmiyyətini vurğulayıb.
Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Mənim sevimli sözüm tariflərdir”,-deyən Tramp onu lüğətdəki hər hansı digər sözdən daha çox sevdiyini bildirib.
Amerika lideri onun tətbiq etdiyi tariflərin yüz milyardlarla dollar gəlir gətirdiyini izah edərək, daha sonra trilyonlarla dollardan danışdığını açıqlayıb.
Tramp seçki kampaniyası zamanı Pensilvaniyaya əvvəlki səfərindən sonra sui-qəsd nəticəsində qulağının formasının bir qədər dəyişdiyini də zarafatla xatırladıb.
Yeganə





















