Bu gün ən çox şikayət edilən qurumlardan biri məhkəmələrdir. Hətta polis və prokurorluq bir işi səhv aparanda, sonda məhkəmə qərar verir. Odur ki, məhkəmə sistemi olduqca əhəmiyyətlidir. Vətəndaş məhkəmədən narazı qalmamalıdır.
Elchi.az xəbər verir ki, bunu parlamentdə Ali Məhkəmə hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında məsələnin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycandan Avropa Məhkəməsinə şikayətlər daxil olur:
“Nəticədə dövlətimiz ayrı-ayrı vətəndaşlarımıza kompensasiya ödəyir. Amma burada söhbət işin mahiyyətindən deyil, prosesin düzgün aparılmamasından gedir. Düzgün aparılmayan prosedur varsa, çıxarılan qərar ədalətli ola bilməz. Hesab edirəm ki, hakimlər buna diqqətlə yanaşmalıdır”.
Novruzov deyib ki, ümumi götürdükdə hər bir prosesdə təcrübənin böyük əhəmiyyəti var:
“Azərbaycan prezidentinin göstərişi ilə yaxşı məhkəmə binaları var, şərait yaradılıb. Amma burada keyfiyyət əsas məsələdir. Vətəndaşlarımızın razı salınması sizdən asılıdır. Ötür-ötür məsələsi də var. Bu ona ötürür, o buna ötürür. Sonra Ali Məhkəmə işə baxır və yerli məhkəməyə qaytarır. Beləcə illərlə vətəndaş süründürülür. Məncə, buna da diqqət edilməlidir. Lazım gəlsə, tənbeh tədbirləri də olmalıdır. Yoxsa məndən çıxdı getdi o biri məhkəməyə, belə olmaz”.
Mehriban Əliyeva: Süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur
Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır...





















Son şərhlər