Ən güclü qar Yaponiyanın şimal və qərbinə düşüb,
Elchi.az xəbər verır kı, Yaponiyada qar yağışı qurbanlarının sayı 8-ə, qurbanların sayı isə 45-ə çatıb.Bu barədə NHK telekanalı məlumat yayıb.
Ən güclü qar bu həftənin əvvəlində Yaponiyanın şimal və qərbinə düşüb. Əlverişsiz hava şəraiti nəticəsində mobil rabitədə, elektrik enerjisində fasilələr yaranıb, dəmir yolu əlaqəsində də gecikmələr var. Yollarda 20-30 kilometr uzunluğunda tıxac yaranıb ki, bunun aradan qaldırılması təxminən üç gün çəkib.
Meteoroloqların məlumatına görə, dekabrın 23-ü cümə günü ölkənin şimal və qərb rayonlarına yeni güclü qar yağacaq. Proqnozlara görə, 24 saat ərzində bəzi ərazilərə 30-90 santimetr qar yağa bilər.
Güclü qar yağan ərazilərdə yaşayan sakinlərdən lüzumsuz olaraq evlərini tərk etməmələri, eləcə də özlərini su və ərzaqla əvvəlcədən təmin etmələri xahiş olunur.
Şayəstə