Məşhur özbək müğənnisi Bakıda
Noyabrın 8-9-da Beynəlxalq Muğam Mərkəzində dünya etnik musiqisinin ulduzu Sevara Nazarxan
geniş konsert proqramı ilə çıxış edəcək.
Özbəkistanın sevilən müğənnisinin konserti musiqi dünyasında həmişə mühüm hadisəyə çevrilir.
Qeyd edək ki, bu ilin aprel ayında Sevara Nazarxan Bakıda konsert vermişdi. Onun Azərbaycan ifaçıları Rövşən Qurbanov (tar) və Elnur Zeynalov ilə (xanəndə) kollaborasiyası qızğın müzakirələrə səbəb olmuşdu.
Özbək müğənninin qastrolunu təkrarlaması üçün tamaşaçıların çoxsaylı xahişləri diqqətdən kənar qalmayıb və Sevara Nazarxan ekskluziv proqramla geri qayıtmağa qərar verib.