Məşhur aktyor 95 gündən sonra xəstəxanadan çıxıb
ANS PRESS-in məlumatına görə, Nejat İşlər 95 gün davam edən ağır müalicədən sonra azadlığa qovuşub. Nejat qan dövranının pozulması nəticəsində sağ əl barmaqlarında yaranan göyərmə səbəbindən 1,5 ay əvvəl əməliyyat olunmuşdu. Aktyorun "Amerikan" xəstəxanasında reallaşan müalicəsi sona çatıb. Bundan sonra isə N.İşlər yenidən fiziki müalicəyə başlayacaq.
Qeyd edək ki, aktyor ağciyər infeksiyası və nəfəs çatışmazlığı səbəbindən septik şok keçirərək 95 gün reanimasiyada qalmışdı.