"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Mərkəzi Bank nədən manatın devalvasiyasına qərar verdi?

23 Fevral 2015 - 10:38
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Qubad İbadoğlu,

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

 

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri yaxud hansı məhsullar daha çox bahalaşacaq?img1699561

Fevralın 17-də paylaşdığım statusda bildirmişdim ki, “bir müddətdən sonra manatın məzənnəsinə artıq psixoloji deyil, gerçək təsirlər də işə düşəcək. Əsl “qiyamət” də onda qopacaq. Mərkəzi Bankın hazırkı qərarını həmin günə hazırlıq kimi dəyərləndirmək olar”. Elə də oldu. Mərkəzi Bank məzənnə siyasətinin yeni əməliyyat çərçivəsi barədə açıqlama verəndən 5 gün sonra ölkə üçün “iqtisadi qiyamət” hesab oluna biləcək hadisə yaratdı. İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə həmin günə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən etdi. 
Qərarını milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul etdiyi rəsmi olaraq bəyan edən Mərkəzi Bank hazırkı iqtsiadi təzyiqlər qarşısında nə qədər aciz olduğunu bir daha nümayiş etdirdi.
Məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçidi elan etdikdən 5 gün sonra “şok terapiya” metodunu seçərək inzaibati qaydada rəsmi olaraq manatın məzənnəsini dollara nisbətdə 33,5 faiz ucuzlaşdırdı. Baş verənləri təhlil edib, aşağıdakı nəticələri çıxarmamışdan əvvəl iki vacib suala cavab vermək istərdim, nədən MB manatın devalvasiyasına qərar verdi? Bank niyə bu qərar vermək üçün tələsdi? Birinci suala cavab olaraq bildirmək istərdim ki, iqtisadiyyatımıza kənar faktorların təzyiq dərəcəsinin ölçmək və nəzərə almaq üçün bu ilin ilk ayların yekunlarını təhlil etmək və nəticə çıxartmaq kifayət edir.
Təhlillər göstərir ki, ilin başlanğıcında dövlət büdcəsinin mədaxil hissəsini təmin etmək xeyli çətin olub. Bu yükü əsasən qeyri-neft sektorunun üzərinə qoymaq istəyən fiskal orqanlar sahibkarları hələ 1-ci rüb başa çatmamış ciddi şəkildə dövlət orqanlarından narazı salıblar. Belə davam edəcəyi halda bu il büdcənin idarə olunmasında ciddi çətinliklərlə üzləşəcəyindən narahat olan hökümət gəlirlərin nominal olaraq icra olunması üçün monetar üsulla tənzimləməyə qərar vermiş və manatın devalvasiyası yolu ilə 2015-ci il üçün milli iqtisadiyyatın qarşılaşdığı 3 əsas problemin həllinə stimul vermişdir. 1. Büdcə gəlirlərinin nominal olaraq artımına; 2. Müvəqqəti də olsa alıcılıq qabliyyətinin yüksəlməsinə; 3. Valyuta ehtiyatlarının sürətlə azalma tempinin qarşısının alınmasına.
Mərkəz Bankın bəyanatında göstərilən – milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək – çağrışlarına gəlincə, iqtisadçılara bəllidir ki, bu problemləri son illərin şüarına çevirən hazırkı hökümət illərdir ki, onların heç birini həll edə bilmir və manatın devalvasiyası ilə də ona nail ola biləcəyi şübhə doğurur.
Çünki, real iqtisadi sektorda istehsal olunmuş məhsulların (neft və qaz istisna olmaqla) rəqabət qabliyyəti çox aşağıdır, bununla yanaşı, statistika göstərir ki, həmin sektorda ötən il başlayan tənəzzül bu il ərzində davam edir. Belə ki, bu ilin yanvar ayında ölkədə sənaye istehsalı 4 faiz azalıb, kənd təsərrüfatı bölməsində isə cəmisi 222 milyon manatlıq məhsulu istehsal olunub. İqtisadiyyatın hər iki real sektorundakı mövcud vəziyyət elədir ki, onların potensialı üzərində rəqabət qabliyyətli məhsul istehsal edib, qeyri-neft sektorunun ixracat potensilaını artırmaq imkanları real görsənmir.
Bunun üçün hər iki sektorun qarşısında həlli vacib olan başlıca vəzifə kimi iqtisadiyyatın modernləşdirilməsi qoyulmalıdır. Bu da yalnız investisiya mühitinin yaxşılaşdığı və xarici sərmayələrin milli iqtisadiyyata cəlb olunduğu zaman mümkündür. Bizə daxil olan məlumatlara görə, manatın devalvasiyasıyasından sonrai sabitliklə bağlı risklər dərhal artdığına görə bir çox investorlar artıq Azərbaycan iqtisadiyyatı ilə bağlı layihələrini təxirə salmaq barədə müzakirələr aparırlar. Odur ki, manatın devalvasiyasına dair Mərkəzi Bankın əsaslandırması çox zəif görsənir və yenə də əsl həqiqətləri gizlətməyə xidmət edir.
Mərkəzi Bank nədən bu qərarı verməyə tələsdi? Axı siyasi və iqtisadi sabitliyin əsas parametrlərindən biri hesab olunan milli valyutamızın sabitliyi üçün valyuta ehtiyatlarımızdann hələ bir neçə ay da istifadə oluna və manatın məzənnəsi sabit qala bilərdi?! Əslində, Rusiyada və Qazaxıstan kimi güclü iqtisadiyyata malik olan ölkələrdə baş verənlərdən də nəticə çıxaran Mərkəz Bankı uzun illərdir ki, mənasız işlərlə məşğul olduğunu etiraf etdi və manatın məzənnəsini süni üsullarla qoruduğunun fərqinə indi daha çox vardı. Əgər Mərkəzi Bank əvvəllər valyuta bazarında alış xarakterli müdaxilələr edərək valyuta ehtiyatlarını artırırdısa, son aylar əksinə satış xarakterli müdaxilələrə gedərək valyuta ehtiyatlarının kəskin azaldığını müşahidə edirdi.
Yalnız ötən ilin dekabr və bu ilin yanvar aylarında bu məqsədlə 2,2 milyard manatdan çox vəsait xərcləyən Mərkəzi Bank baş verənlərin və gözlənilənlərin məsuliyyətini manatın devalvasiyası qərarını verməklə özündən bir az uzaqlaşdırdı. Bu qərarın fevralın 21-də verilməsinı əsaslandırarkən istinad olunan arqumentlərdən biri də hazırda onun sosial təsirlərinin bir neçə ay sonra ilə müqayisədə nisbətən zəif olacağı qənaəti idi. Həqiqətən də əmək bazarına xüsusilə də dövlət şirkətlərindən çıxarilan ixtisaslı işsizlərin və Rusiyadan geri dönən həmyerlilərimizin hesabına yeni və məhsuldar işçi qüvvənin daxil olması bu bazarda rəqabətin kəskinləşəcəyindən və işsizlərin sayının kütləvi artmasına görə sosial vəziyyətin getdikcə pisləşəcəyindən xəbər verir. Mərkəz Bank hesab etdi ki, əhali indi bu yükü götürməyə və devalvasiyanın xərclərini örtməyə indi bir neçə ay sonra ilə müqayisədə daha çox hazırdır.

Bu qərar nələri aşkar etdi?

Birincisi, bəlli oldu ki, ölkə iqtisadiyyatı 25 illik keçid dövründən sonra da bazar iqtisadiyyatı qanunları ilə deyil, inzibatı üsullarla tənzimlənir. Odur ki, böhranqabağı və ya böhran dövrdə milli iqtisadiyyatımız özü-özünü tənzimləmək funksiyasına malik deyil, ölkə iqtisadiyyatı hələ də də bir neçə səlahiyyətli şəxsin qərarından asılıdır. Belə olanda da hökümət, parlament və xalq qarşısında məsuliyyət daşımayan şəxslərdən yetərincə əsaslandırılmayan istənilən qərar gözləmək olar. Bu isə çox risklidir və hələ “sonuncu sürpriz” deyil. İnzibatı metodlara üstünlük verilən idarəetmədən yenə də sürprizlər gözləmək olar. Odur ki, bu ərəfədə istehlakçılar və iş adamları ehtiyatlı olmalıdırlar.
İkincisi, ölkədə ciddi iqtisadi infomasiya qıtlığı yaradan və ən vacib məlumatları belə operativ qaydada açıqlamayan (maliyyə sabitliyi icmalı ötən ilin iyun ayına, tədiyə balansına dair isə ötən ilin oktyabrın 1-ə olan göstəricilər açıqlanıb, halbuku Rusiyada bu göstəricilər həftəlik açıqlanır) Mərkəzi Bankın bu qərarı Azərbaycan iqtisadiyyatında, xüsuslə də maliyyə-bank sistemində vəziyyətin hətta bizim bildiyimizdən də pis olduğunu isbatladı. İllər öncə Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı bizim bölüşdüyümüz narahatçılıq rəsmilər tərəfindən inkar olunsa da Mərkəzi Bankın dünənki qərarı bizim nə qədər haqlı olduğumuzu təsdiq etdi.
Üçüncüsü, baş verənlər göstərdi ki, “manata görə təlaşa düşməyə dəyməz” deyən sabiq maliyyə naziri və “manatın sabitliyinə heç bir təhlükə yoxdur” bəyanatını verən hazırkı baş bangir xalqı aldatmaqla məşğuldurlar.
Nəhayət, bu hadisə nümayiş etdirdi ki, heç bir siyası sistem iqtisadi böhrana davam gətirə bilmir və hazırkı şəraitdə iqtisadiyyatın idarə edilməsi xeyli mürəkkəbləşib. Eyni zamanda iqtisadiyyatı xarici təsirlərdən asılı olan ölkədə baş verəcək bu tip hadisələrdən heç kəs sığrtalana bilməyəcək.

Bu hadisənin hansı fəsadları ola bilər?

Əvvala, manatın ucuzlaşması fonunda dolların bahalaşması ilk növbədə idxal olunan əsas yeyinti məhsullarının(bitki və heyvan mənşəli piylər və yağların, süd məhsullarının, ətin, şəkərin), dərman və digər əzcacılıq mallarının, eləcə də tütün və tütün məmulatlarının, spirtli içkilərin, avtomobillərin, məişət texnikası, mebelin və onun hissələrinin, sonrakı mərhələdə isə çörəyin və digər un məmulatlarının qiymətində 1,5 – dən 2 dəfəyədək bahalaşma gözlənilir. Bu isə bu il ərzində inflyasiyanın Mərkəz Bankın hədəflədiyindən 2-3 dəfə yüksək olacağını proqnozlaşdırmağa imkan verir. Bu hiss edəcək istehlakçılar özlərinə ehtiyat yatarmaq üçün mağazalardan daha çox ərzaq almağa çalışacaqlar. Bütün bu proseslərin nəticəsində yaşayış standartları aşağı düşəcək, sosial göstəricilər pisləşəcək, əhali və hökümət arasında sosial münasibətlər gərginləşəcək.
İkincisi, manatın uculaşması milli valyutaya və banklara olan inamı azaltdığından iqtisadiyyatda dollarlaşma səviyyəsini yüksəldəcək, iri alış və satışların dollarla aparılmasını və nağd şəkildə ödənişini şərtləndirəcək. Bu isə gizli iqtisadiyyatın miqyaslarını genişləndirəcək və hökümətin qəbul etdiyi qərarların milli iqtisadiyyata təsirlərini zəiflədəcək.
Bu hadisədən ən çox zərər çəkən manatla depoziti olan və dollarla kredit götürənlər oldu. Bunu nəzərə almaq hələ də gec deyil.

 

Previous Post

Mərkəzi Bank nədən manatın devalvasiyasına qərar verdi?

Next Post

İlhamə: “Barışığı heç yuxusunda da görə bilməz”

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

İlhamə: "Barışığı heç yuxusunda da görə bilməz"

İlhamə: "Barışığı heç yuxusunda da görə bilməz"

Son xəbərlər

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

02 Avqust 2026 - 19:01
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

02 Avqust 2026 - 18:14
Gürcüstan ali təhsili pulsuz edir

Gürcüstan ali təhsili pulsuz edir

02 Avqust 2026 - 18:00
Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

02 Avqust 2026 - 17:57
Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

02 Avqust 2026 - 17:30
Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

02 Avqust 2026 - 15:03
Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

02 Avqust 2026 - 14:46
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

02 Avqust 2026 - 11:48
Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.