Məktəbin damı uçdu (FOTO)

🗓 30.01.2015 14:04 ✍️ "Elçi" qəzeti
Məktəbin damı uçdu (FOTO)
4Təhsil Nazirliyi problemin tezliklə aradan qaldırılacağını əmin edir Sumqayıtda güclü külək nəticəsində orta məktəbin damı uçub. ANS PRESS-in "qaynar-xətti"nə daxil olan məlumata görə, hadisə Sumqayıt şəhərinin 13-cü mikrorayon ərazisində yerləşən 34 saylı orta məktəbdə baş verib. Oxucularımızın verdiyi məlumata görə, yağış yağarkən sinif otaqlarına su damcıllayır və otaqlar xeyli soyuq olur. Məsələ ilə bağlı bir neçə dəfə məktəb direktoruna müraciət edilsə də hələlik heç bir tədbir görülməyib. Təhsil Nazirliyindən isə ANS PRESS-ə bildirilib ki, məsələ ilə bağlı Sumqayıt Şəhər Təhsil Şöbəsinə müraciət olunacaq. Nazirlikdən əmin ediblər ki, qısa zamanda araşdırma aparılacaq və problem aradan qaldırılacaq.
ANS PRESS

Bənzər yazılar