Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin “Məclisi-üns” layihəsi həyata keçirilib.
Elchi.az-ın xəbərinə görə, layihə Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü gimnaziyada baş tutub.
Layihənin rəhbəri, gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi Gültəkin Əmirovadır.
Layihənin əsas məqsədi şagirdlərdə nitq bacarıqlarının inkişaf etdirilməsidir. Layihədə nitq üzrə təlimləri nitq təlimçisi, İctimai televiziyanın əməkdaşı Nuranə Abıyeva tərəfindən keçirilib.
Nitq təlimləri ilə yanaşı iştirakcikara gimnaziyanın psixoloqu Arzu Əliyeva tərəfindən müxtəlif mövzularda təlimlər keçirilib. Layihə çərçivəsində “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil edilib.
Layihənin bağlanış mərasimində qaliblərin adı açıqlanıb və mükafatlandırılıb. Layihənin iştirakçılarına sertifikatlar təqdim olunub.