ABŞ dövlət katibi Antoni Blinken Meksikada prezident Andres Manuel Lopez Obradorla görüşərək “miqrasiya böhranı”nı müzakirə edib.
Elchi.az xəbər verir ki, Lopez Obradorun sədrliyi ilə paytaxt Mexikodakı Milli Sarayda görüş keçirən iki ölkə rəsmiləri son aylarda sürətlə artan miqrasiya böhranını müzakirə ediblər.
2,5 saatdan çox davam edən görüşdən sonra rəsmi açıqlama verilməsə də, Lopez Obrador X sosial media hesabında paylaşım edib.
Lopez Obrador, Meksika və ABŞ-ın xeyrinə razılaşmalar əldə etdiklərini ifadə edərək, “İki ölkə arasında iqtisadi əməkdaşlıq, təhlükəsizlik və miqrasiya məsələlərini daha əhatəli şəkildə müzakirə etmək üçün bu görüşün özəl olaraq prezident Baydenə çatdırılmasını istəyirik” dedi.
X-də etdiyi şərhdə Blinken, prezident Co Bayden hökumətinin Meksika hökuməti ilə işləmək əzmini davam etdirəcəyini söyləyib.
“Bu gün Mexiko şəhərində açıqladığımız kimi, biz Meksika ilə birgə problemləri həll etmək, o cümlədən regionda görünməmiş qeyri-qanuni miqrasiyanın idarə edilməsi, əsas limanların açılması və qeyri-qanuni fentanil və sintetik narkotiklərlə mübarizə aparmağa sadiqik.” dedi.
ABŞ və Meksikanın Amerika qitəsindəki tərəfdaşlığının əhəmiyyətini vurğulayan Blinken, “Lopez Obrador ilə qeyri-qanuni miqrasiyanın azaldılması üçün birgə səylərimizi müzakirə etmək çox xoş idi” dedi. qiymətləndirməsini etdi.
Tərəflər arasında keçirilən görüşdə Blinkendən başqa ABŞ-ın daxili təhlükəsizlik naziri Alejandro Mayorkas, Baydenin daxili təhlükəsizlik üzrə müşaviri Elizabet Şervud-Randall, Ağ Evin Milli Təhlükəsizlik Şurasının xüsusi müşaviri və Sərhədlərarası Təhlükəsizlik Direktoru Keti Tobin və ABŞ-ın Meksikadakı səfiri Ken Salazar iştirak edib.
Digər tərəfdən, görüşdən sonra Meksika mətbuatına qısa açıqlama verən xarici işlər naziri Alicia Barcena, ABŞ tərəfinin görüşdə onlardan xüsusi bir tələb irəli sürmədiyini qeyd etdi.
Gündəlik mətbuat konfransında verdiyi açıqlamada Lopez Obrador ABŞ-a immiqrasiyada çox köməklik etdiklərini və bundan sonra da edəcəklərini bildirib.
Şayəstə Hüseynova