"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Məcburi köçkünlərə edilən güzəştlər ləğv ediləcək

15 Yanvar 2016 - 20:41
in XƏBƏR LENTİ
FacebookVatsap

Neftin qiymətinin kəskin ucuzlaşması və dövlət büdcəsinin gəlirlərinin həddən artıq aşağı düşməsi ölkənin ən həssas əhali qrupu olan məcburi köçkünləri də “vuracaq”. Əldə etdiyimiz məlumata görə, hökumətdə məcburi köçkünlər üçün güzəştlərin müəyyən qisminin azaldılması, müəyyən güzəştlərin ləğvi məsələsi müzakirə edilir.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun prezidentin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında da bunun anonsu verilib. Əli Həsənov hazırda təkcə Bakı şəhərində 150 min nəfər məcburi köçkünün istismara yararsız yataqxana, pansionat, yarımçıq tikililərdə olduqca çətin şəraitdə yaşadığını bildirməklə yanaşı deyib ki, məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin tam təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb. Həmin təkliflər aidiyyəti nazirlərlə müzakirədən sonra yaxın vaxtlarda ölkə prezidentinin diqqətinə təqdim ediləcək. Əli Həsənov həmçinin məlumat verib ki, 2015-ci ildə komitəyə ayrılmış büdcədən, yaranmış maliyyə çətinlikləri nəzərə alınaraq, 5 milyon manat vəsaitə qənaət edilib.

Bunu da oxuyun

FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər

“Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı

BMT itkin azərbaycanlılarla bağlı Ermənistandan izahat istədi

Əli Həsənov dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə, şəffaf şəraitdə xərclənməsi ilə bağlı bildirib ki, məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər müəyyənləşdirilmiş normativlər üzrə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına, müavinətlər isə plastik kartlarla ödənilir. Nəticə etibarilə artıq 10 ildir ki, vəsaitlərin ödənişində canlı təmas amili tam aradan qaldırılıb. Onun sözlərinə görə, bu sahədə işlərin təkmilləşdirilməsi həm müvafiq icra hakimiyyətləri, həm də xidmət təşkilatları ilə birlikdə həyata keçirilir. Qaz və elektrik enerjisi sahəsində sayğaclaşma işləri tam başa çatdırılıb.

Qeyd edək ki, hökumət tərəfindən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlər hesabına məcburi köçkünlərin kommunal xidmətləri xüsusi limit tətbiq edilməklə ödənilir. Eyni zamanda məcburi köçkünlərə 18 manat aylıq yemək xərci verilir. Bundan başqa, kənd rayonlarında məskunlaşan məcburi köçkün ailələri yanacaqla təmin olunurlar.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Yeni Müsavat”a bildirildi ki, təkliflər paketi hazırda hökumətlə müzakirə edilir. Müzakirələr yekunlaşdıqdan və təkliflər paketi ölkə başçısına göndəriləndən sonra qənaətin məcburi köçkünlərə güzəştlərə hansısa şəkildə təsir edib-etməyəcəyi açıqlanacaq.

Ekspertlər isə bildirir ki, bahalaşma və işsizlik onsuz da məcburi köçkünlərin də yaşayışına mənfi təsirini göstərir. Güzəştlərin ləğvi əhalinin bu təbəqəsinin güzəranını daha da ağırlaşdırar. Rayonlarda elə məcburi köçkün ailələri var ki, sözügedən komitənin ayırdığı 18 manat (hər nəfər üçün) çörəkpulundan başqa heç yerdən gəlirləri yoxdur. Güzəştlərin ləğvi belə ailələri xüsusilə acınacaqlı situasiya ilə üz-üzə qoya bilər.

Previous Post

Məcburi köçkünlərə edilən güzəştlər ləğv ediləcək

Next Post

Azərbaycan özünü taxılla tam təmin etmək imkanındadır

Bənzər yazılar

FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər

FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər

16 Sentyabr 2026 - 15:25

Fövqəladə Hallar Nazirliyinin karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər. Bu barədə Elchi.az-a FHN-dən xəbər verilib. Bildirilib ki,...

“Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı

“Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı

16 Sentyabr 2026 - 15:16

Türkiyədə məşhur "Kurtlar Vadisi Pusu" teleserialının FETÖ ilə əlaqəsi olduğu iddiaları ilə bağlı araşdırma başlanıb. Elchi.az xəbər verir ki, Silivri...

BMT itkin azərbaycanlılarla bağlı Ermənistandan izahat istədi

BMT itkin azərbaycanlılarla bağlı Ermənistandan izahat istədi

16 Sentyabr 2026 - 14:30

Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Robert Abisoqomonyan son altı ildə regiondakı münaqişələr nəticəsində çox sayda insanın itkin...

Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı

Zəngəzur dəhlizi Ermənistan Konstitusiyasına uyğun sayıldı

16 Sentyabr 2026 - 14:14

Ermənistan Konstitusiya Məhkəməsi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə sazişə dair qərar qəbul edib. Elchi.az xəbər...

Next Post

Azərbaycan özünü taxılla tam təmin etmək imkanındadır

Azərbaycan özünü taxılla tam təmin etmək imkanındadır

Son xəbərlər

İsveçdə diplomatik qalmaqal: İran səfirliyinin əməkdaşı ölkədən qovuldu

İsveçdə diplomatik qalmaqal: İran səfirliyinin əməkdaşı ölkədən qovuldu

16 Sentyabr 2026 - 17:56
Ermənistan Azərbaycandan qaz almağa hazır olduğunu açıqladı

Ermənistan Azərbaycandan qaz almağa hazır olduğunu açıqladı

16 Sentyabr 2026 - 17:48
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb

Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb

16 Sentyabr 2026 - 17:35
Badamdarda yaşayış binasında partlayış baş verib, xəsarət alan var

Badamdarda yaşayış binasında partlayış baş verib, xəsarət alan var

16 Sentyabr 2026 - 17:27
Yaponiya 2031-ci ilədək 52 min geniş təyinatlı dron alacaq

Yaponiya 2031-ci ilədək 52 min geniş təyinatlı dron alacaq

16 Sentyabr 2026 - 17:18
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib

SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib

16 Sentyabr 2026 - 17:09
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək

16 Sentyabr 2026 - 16:58
ABŞ rəsmiləri Məsqətdə husilərlə gizli görüş keçirib

ABŞ rəsmiləri Məsqətdə husilərlə gizli görüş keçirib

16 Sentyabr 2026 - 16:46
Parlamentin növbəti komitə iclası keçirilir

Parlamentin növbəti komitə iclası keçirilir

16 Sentyabr 2026 - 16:34
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib

Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib

16 Sentyabr 2026 - 16:25
​Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir

​Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir

16 Sentyabr 2026 - 16:16
Hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

16 Sentyabr 2026 - 16:05
“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

“Aİ-nin müdafiə xərcləri 5 ildə 80% artıb” – Leyen

16 Sentyabr 2026 - 16:00
Bu kəndin yarısı Azərbaycana verilib – Mirzoyan

Bu kəndin yarısı Azərbaycana verilib – Mirzoyan

16 Sentyabr 2026 - 15:51
BDYPİ: Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib

BDYPİ: Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib

16 Sentyabr 2026 - 15:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.