"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Lənkəranski”ni satan “köstəbək” kimdir?

29 Avqust 2016 - 09:57
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap
“Lənkəranski”ni satan “köstəbək” kimdir?

Türkiyə polisi Antalyada kirayələdikləri avtomobillə İstanbula gələn qatillərin izini itirib; killerlər sərhədi qaçaq yolla keçiblər

Bunu da oxuyun

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

Türkiyədə nəşr olunan “Sabah” qəzeti “Rövşən Lənkəranski” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin qətli ilə bağlı yeni məlumatlar əldə edib.
 
Virtualaz.org xəbər verir ki, qəzetin yazdığına görə, bu səs-küylü qətli araşdıran İstanbul polisi “Rövşən Lənkəranski”ni güllələyən killerlərin Antalyadan kirayə götürdükləri avtomobillə gəldiklərini müəyyən edib.
İstintaq müəyyən edib ki, “Rövşən Lənkəranski” qətlin baş verdiyi gündən – avqustun 18-dən cəmi bir həftə əvvəl Türkiyəyə gəlib. Qəzetin yazdığına görə, killerlər Canıyevin hansı tarixdə Türkiyədə olacağını müəyyən ediblər və qətli hazırlamaq üçün hadisədən təxminən bir ay əvvəl onun ardınca Türkiyəyə gediblər. Killerlərin Türkiyəyə qaçaq yollarla daxil olduğu bildirilir. Daha sonra onlar Antalyada kirayələdikləri avtomobillə İstanbula gediblər, avtomobilə saxta nömrə nişanı taxıblar. Qətldən sonra İstanbul polisi killerlərin Antalyadan gəldiklərini müəyyən edib, üç mülki geyimli polis dərhal onların izini tapmaq üçün Antalyaya göndərilib. Lakin gəldikləri avtomobili hadisə yerində atıb piyada qaçan killerlərin izini tapmaq onlara müyəssər olmayıb.
Habelə müəyyən edilib ki, killerlərə İstanbulda Rövşənin qaldığı yeri göstərən və onlara yardım edən “köstəbək” də var. Lakin onun da izinə rast gəlmək hələ mümkün olmayıb.
İstanbul polisi Rövşənin qətlini 2013-cü ildə həmin şəhərdə qaldığı otelin hovuzundan çıxarılaraq güllələnən azərbaycanlı kriminal avtoritet, “Lotu Qoca” ləqəbli Əlibala Həmidovun qətlinə görə qisas kimi nəzərdən keçirir.Qətl “Lotu Qoca”nın öldürüldüyü gün baş verib. “Sabah” yazır ki, Rövşən Canıyevlə Əlibala Həmidovun ortaq qumar biznesi olub, lakin o, Rövşənə “atıb” və bu səbəbdən öldürülüb.
***
“Lənkəranski”nin qətlini “yeraltı dünya”ya bələd olanlar keçmiş SSRİ məkanında tanınan azərbaycanlı “qanuni oğru”ların epoxasının bitməsi kimi qiymətləndirir. 
“Qanuni oğru”ların “xaç atası” hesab olunan Aslan Usoyan (“Ded Xasan”) vaxtilə “Rövşən Lənkəranski” haqda maraqlı fikirlər deyib. Onun “Rövşən anadan ”qanuni oğru” doğulub” ifadəsi hazırda unudulsa da, uzun müddət mətbuatın gündəmindən düşməmişdi. Yəni ən qatı düşmənləri də “Lənkəranski”nin sıradan biri olmadığını qəbul edirdilər. Atasının qatilini məhkəmə zalında öldürəndən ötən illər ərzində onun adına ən müxtəlif əfsanələr yazıldı, ölümündən sonra da bu əfsanələr yazılmaqdadır. Bununla belə, Rövşən Lənkəranskinin qətlindən sonra onun milis oğlu olması əsas gətirilərək bu məqamın “yeraltı dünya” mənsubunun tərcümeyi-halına uyğun gəlmədiyini şişirdirlər. Xüsusilə Rusiya mediasında bu məqam yerli-yersiz dövr etdirilir.
***
Rövşənin 17 yaşı olarkən atasının qatilitək həbs edilən və  kriminal aləmdə tanınan bir “avtoritet” –  Astaradan olan Quliyevi məhkəmə zalında, hakimlərin gözü önündə güllələyib. Öldürülməzdən əvvəl məhkəmə prosesində Quliyev məhbəsdən buraxılandan sonra Rafiq Canıyevin (Rövşənin atası) bütün qohum-əqrəbasını məhv edəcəyini bildiribmiş. Növbəti prosesdə isə Rövşən ona 5 güllə “hədiyyə” etməklə niyyətini ürəyində qoyur. Atasının qatilini öldürdüyünə görə prokuror ona12 illik həbs cəzası “oxuyur”. Amma hakim müttəhimin cinayət törətdiyi vaxt affekt vəziyyətində olduğunu, gəncliyini və təqsirini səmimiyyətlə etiraf etdiyini nəzərə alır və onu cəmi 2 il müddətinə cəzalandırmaq haqda hökm verir. 2 il günə-gün “oturduqdan” sonra azadlığa çıxan Rövşən “qanuni oğru” tituluna doğru irəliləməyə başlayır. O, 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb edilib. Bu dəfə Cinayət Məcəlləsinin köhnə redaksiyasında – 15.94-cü maddəsi (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. Cəmi 1 il sonra Rövşən yenə də azadlığa çıxır. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Canıyev cinayət məsuliyyətindən azad edilir. 1 il sonra – 2002-ci ildə onun barəsində həmin cinayət işi təzələnir və barəsində 1 iyul 2002-ci il tarixdə axtarış elan olunub.
 
Xatırladaq ki, “Lənkəranski”ni  azərbaycanlı “qanuni oğru” “Nardaranlı Mirseymur” “tac”landırmışdı. Mirseymur Moskvada bir çox bazarlara nəzarət edirdi. 2003-cü ildə Mirseymur Şelkovskoye şossesində yerləşən “Peşera” kafesində öldürüldü. “Sabirabadlı Hikmət”in  qətlindən sonra Rövşən azərbaycanlıların Moskvadakı biznesinə nəzarət edirdi. O, azərbaycanlıların çoxluq təşkil etdiyi bazarlarda – məsələn, “Çerkizov” bazarında “Ded Xasan”ın adamlarını sıxışdırıb çıxara bilmişdi. 
Buna görə də “Lənkəranski”ni “Ded Xasan”ın qətlindən sonra rahatca bu işdə sifarişçi kimi göstərə də bilərdilər. Düzdür, “Rövşən Lənkəranski” “Sabirabadlı Hikmət” və “Masallı Mamed”in yoxluğundan sonra Rusiyada azərbaycanlı “oğrulara” qarşı cəbhəni darmadağın etməyi də bacarmışdı və bu “Ded Xasan”ın nüfuz dairəsinin daralması hesabına başa gəlmişdi.  Məsələnin bu tərəfi də var ki, “Ded Xasan”ın öldürüləcəyi barədə söhbətlər onun qanı töküləndən xeyli əvvəldən gəzirdi. Onu elə mənsub olduğu yezidi-kürdləri də sifariş edə bilərdilər. O dövrdə Rusiya mətbuatı öz mənbələrinə istinadən yazırdı ki, “Ded Xasan”ın ölümünün arxasında, çox güman ki, Rövşənlə Taro dayanır. Bu məlumatlar “Rövşən Lənkəranski” ilə “Ded Xasan”a müxalif olan “Taro” ləqəbli  “qanuni oğru” Tariyel Oniani yaxınlaşmasına əsaslanırdı. Fakt budur ki, “Ded Xasan” qətlə yetiriləndə Rövşən Azərbaycanda olub və bu qətldə onun adının hallanması da maraqlı qüvvələrin növbəti oyunu ola bilərdi. Üstəlik “Ded Xasan”ın qətli onun tərcümeyi-halına “asılan” ilk qətl deyildi. 2003-cü ilin iyulunda “Apelsin” boulinq-klubda “Elçin Yevlaxski” öldürülür. Bu qətli bəzi rəqibləri Rövşənin “ayağına yazmağa” çalışırlar, amma cəhdləri baş tutmayıb. 2010-cu ilin sentyabrın əvvəllərində “Rövşən Lənkəranski”nin yaxın ətrafına daxil olan Vaqif Tukanov qətlə yetirilir. Olaydan 2 həftə sonra, Moskvada “Ded Xasan”a hücum olur. Və “Rövşən Lənkəranski” ilə “Ded Xasan” arasında narazılıqların olması barədə xəbərlər mətbuata “ayaq açmağa” başlayır. Bu olaydan 2 il sonra – 2012-ci ilin iyununda Dubayda “Lənkəranski”yə sui-qəsd təşkil olunub. Onu 3 bıçaq yarası ilə ağır vəziyyətdə reanimasiyaya çatdırıblar. Bundan sonra o, təhlükəsizlik məsələlərinə xüsusi önəm verməyə başlayır. Buna görə də avqustun 18-də qətlə yetiriləndən sonra onun sayıqlığını itirməsi haqda xəbərlərin doğruluğuna böyük şübhə var. Daha çox “Lənkəranski”nin yaxın ətrafının xəyanət etdiyi  versiyası inandırıcı görünür…
***
 
Bu gün “Ded Xasan” kimi “Lənkəranski”nin qətlinin arxasında dayananların kimliyi bilinmir. Amma “qanuni oğru”ların “xaç atası”nın qətlindən sonra belə xəbərlər də vardı ki, “Ded Xasan”ı Rusiya hüquq-mühafizə orqanları aradan götürə bilərdi ki, “oğrular” bir-biri ilə mübarizə aparsınlar. Nüfuz dairəsi geniş olan “yeraltı dünya”nın 2 önəmli isminin yaxşı münasibətləri hüquq-mühafizə orqanlarının işini əməllicə çətinləşdirə bilərdi.
“Ded Xasan”ın ölümündən sonra onun yerini tuta biləcək nüfuz sahiblərindən biri, bəlkə də ən birincisi də elə “Rövşən Lənkəranski” idi. Onun aradan götürülməsində bu məqamın da əsas rol oynadığını istisna etmək olmaz. Çoxları başa düşürdü ki, yaşlı “Ded Xasan”dan sonra kriminal aləminin kralı məhz “Lənkəranski” ola bilərdi. Odur ki, “Rövşən Lənkəranski”nin aradan götürülməsi haqda xəbərlərdə fakt kimi təqdim olunan məlumatlarda həqiqət yükünün nə dərəcə olduğunu söyləmək asan deyil.
“Yeraltı dünya”nın işlərinin sona qədər yerin üzünə çıxması da real görünmür.
Previous Post

“Lənkəranski”ni satan “köstəbək” kimdir?

Next Post

Brüsseldə güclü partlayış – FOTO

Bənzər yazılar

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə...

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə hökumət başçısı postunda ən uzun müddət qalması münasibətilə təbrikinə görə təşəkkür...

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

04 Sentyabr 2026 - 13:00

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran rejimi çökmək üzrədir və onun devrilməsi yaxın gələcəkdə reallığa çevrilə bilər. Elchi.az...

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01

Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal...

Next Post

Brüsseldə güclü partlayış - FOTO

Brüsseldə güclü partlayış - FOTO

Son xəbərlər

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51
Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

05 Sentyabr 2026 - 18:03
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

05 Sentyabr 2026 - 17:30
MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

05 Sentyabr 2026 - 16:39
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

05 Sentyabr 2026 - 16:24
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57
Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

05 Sentyabr 2026 - 15:11
Rusiya Donetskdə bir kəndi ələ keçirib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

05 Sentyabr 2026 - 14:43
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

05 Sentyabr 2026 - 12:32
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

05 Sentyabr 2026 - 12:19
Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

05 Sentyabr 2026 - 12:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.