Luqanskda “Zarya” taboru məhv edildi

🗓 16.08.2014 17:44 ✍️ "Elçi" qəzeti

Luqansk vilayətində terrorçular “Zarya” taborunu özləri artilleriya atəşinə tutublar.1408190531

Axar.az UNİAN-a istinadla xəbər verir ki, hazırda cəmi 10 nəfər canlı qüvvəsi qalan “Zarya”ya terrorçular özləri “Qrad” zərbələri endiriblər. Şahidlərin sözlərinə görə, Luqanska Rusiyaya aid 20-dək ağır texnika daxil olub:

“Ötən gecə “Zarya” taborundan 6 BTR və 12 tank Novosvetlovskdakı Ukrayna hərbçilərinin mövqelərinə hücuma keçib, amma Suxodolsk şəhərindən endirilən 6 “Qrad” mərmisi öz taborlarının mövqelərinə düşüb. Beləliklə, bütövlükdə “Zarya” taborundan cəmi 10 döyüşçü qalıb”, - deyə “Sağ həqiqət” vətəndaş təşəbbüsünün başçısı Dmitri Sneqirov bildirib. O əlavə edib ki, separatçı Luqansk Respublikasının rəhbəri, vaxtilə “Zarya” taboruna rəhbərlik edən İqor Plotniski bu taboru Luqanskın ən güclü hərbi birliyi adlandırırdı.

Bu səhər başlayan toqquşmalarda “Zarya” batalyonunda döyüşən 23 terrorçunun zərərsizləşdirildiyi barədə də Sneqirov məlumat vermişdi.

Xatırladaq ki, Luqansk və Donetskin azad olunması istiqamətində Ukrayna hərbçiləri dünəndən ağır döyüşlər aparır.

- See more at: http://axar.az/news/26876#sthash.Q7LEZMKV.dpuf

Bənzər yazılar