Belarus prezidenti Aleksandr Lukaşenko Çinə səfəri zamanı Çin prezidenti Si Cinpinlə Ukrayna üzrə sülh danışıqları mövzusunu müzakirə edib.
Elchi.az xəbər verir ki, bu barədə Belarusun Çindəki səfiri Yuri Senko “Belarus 1” telekanalına bildirib.
“Tərəflərin sülh yolu ilə müzakirələrə və hamı üçün əlverişli həll yollarının axtarışına keçməsi üçün münaqişəyə təsir göstərmək üçün səylərin və gələcək işlərin birləşdirilməsinin zəruriliyi vurğulanıb”,-deyə Senko bildirib.
Senko Aleksandr Lukaşenkonun Belarusun Çinin təşəbbüslərini eşitdiyi və bu səsin hamıya-həm münaqişə iştirakçılarına, həm də problemin miqyasını və nəticələrini hələ dərk etməyən bütün ölkələrə eşitməyin tövsiyə olunduğu barədə sözlərini də xatırladıb.
Xatırladaq ki, Belarus prezidenti fevralın 28-dən martın 2-dək Çində səfərdə olub.
Yeganə