Səudiyyə Ərəbistanının 30 ton yardım materialı daşıyan üçüncü təyyarəsinin Ukraynaya göndərdiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Ukrayna xalqına çatdırılacaq 30 ton sığınacaq materialı, tibbi ləvazimat və generatorları daşıyan təyyarə Polşanın Rzeşov-Yasionka hava limanına enmək üçün ölkədən çıxıb.
Bir həftə ərzində Səudiyyə Ərəbistanından Ukraynaya göndərilən bu üçüncü yardım təyyarəsinin materialları Polşadan quru yolu ilə Ukraynaya çatdırılacaq.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Ukraynaya 168 ton yardım yükü daşıyan 2 yük təyyarəsi göndərdilib.
Yeganə