Elchi.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyanı mövcud problemləri həll etmək üçün Azərbaycan rəhbəri İlham Əliyevlə ürəkdən danışmağa çağırıb, EADaily yazır.
Rusiya lideri Vladimir Putinin təşəbbüsü ilə bu gün Soçidə keçirilən üçtərəfli görüşdə o, “Bir yerdə oturun (Paşinyan və Əliyev), razılığa gəlin və qoy Rusiya bu razılaşmanı təqdis etsin” deyib.
Lukaşenkonun fikrincə, Əliyev “tamamilə bizim adamdır” ona görə də Ermənistan Belarusdan Azərbaycanın zərrə qədər də qınanmasını gözləməməlidir.
Şayəstə