Liviyada ABŞ səfirliyinin binası ələ keçirildi - VİDEO
Liviyada silahlı üsyançılar paytaxt Tripolidə ABŞ səfirliyi binasının kompleksini ələ keçiriblər. musavat.com-un
xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, hadisə yerində olan “Associated Press” Agentliyinin əməkdaşı hücum zamanı binanın pəncərələrinin sındırıldığını gördüyünü deyib. Üsyançıların internetdə yaydıqları video-rolikdə naməlum adamların yaşayış kompleksinin ərazisində olduğu görünür.

İyulun 26-da ABŞ hökuməti şəhərdə vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar Liviyadakı diplomatik nümayəndəliyini bağlamaq haqda qərar çıxarıb.