Liviya sahillərində faciə

🗓 19.04.2015 16:51 ✍️ "Elçi" qəzeti
Liviya sahillərində faciə
c653a4387dde9f5e5dafe0a3d297aee2Qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən ən irimiqyaslı gəmi qəzası baş verib
Liviya sahillərində göyərtəsində 700 miqrant olan gəmi batıb. APA-nın “The Times of Malta” nəşrinə istinadən verdiyi məlumata görə, miqrantlardan yalnız 28-i xilas ola bilib, qalanlarının isə öldüyü ehtimal edilir. Gəmi aprelin 18-dən 19-a keçən gecə İtaliyanın Lampeduza adasından 200 km cənubda batıb. Axtarış-xilasetmə əməliyyatlarında İtaliya və Malta gəmiləri, habelə vertolyotlar iştirak edir. “Agence France-Presse” yazır ki, qalan şəxslərin öldüyü təsdiqlənsə, bu, qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən ən irimiqyaslı gəmi qəzası olacaq. Qeyd edək ki, bu həftə Aralıq dənizində daha iki gəmi qəzası baş verib. Qeyri-leqal miqrantları daşıyan hər iki gəmi Liviyadan İtaliya istiqamətində üzərkən baş verib. Aprelin 14-də baş verən qəzada 400, aprelin 16-da baş verən faciədə isə 41 miqrant ölüb.

Bənzər yazılar