Livandakı hərbi tribunalın müstəntiq hakimi Fadi Savvan casusluqda ittiham olunan iki rusiyalının həbsinə order verib. Elchi.az xəbər verir ki, bu barədə “Naharnet” xəbər portalı məlumat yayıb.
Qeyd edilir ki, hakim əvvəllər həbsdə olan Rusiya vətəndaşlarını dindirib və onları Livanın təhlükəsizliyinə təhlükə yaradan məlumatların İsrailə verilməsi ilə bağlı cinayətlər törətməkdə ittiham edib.
Portal qeyd edir ki, casusluqda ittiham olunan Livan və ya ərəb vətəndaşları uzun müddətə həbs oluna bilərlər.
Bundan əvvəl Livanın paytaxtı Beyrut hava limanında İsrailin xeyrinə casusluqda şübhəli bilinən Rusiya vətəndaşının saxlanıldığı məlum olub. Əl-Əxbarın məlumatına görə, həmin şəxs daha əvvəl İsrail kəşfiyyatı tərəfindən işə götürüldüyünü etiraf edib. guya o, Livana getmək, Hizbullah hərəkatının yerlərini və obyektlərini yoxlamaq və mümkünsə fotoşəkillərini çəkmək barədə göstərişlər alıb.
Havar Şəfiyeva