Livan mənbələrinin paylaşdığı məlumata görə, ABŞ Dövlət Departamentində İsrail və Livan arasında yeni danışıqlar raundu başlayıb.
Elchi.az xəbər verir ki, İsrailin Livana ara-sıra hücumları fonunda keçirilən danışıqlarda iki ölkə arasında atəşkəsin irəliləyişi ilə bağlı mühüm məsələlərin müzakirəsi gözlənilir.
İştirakçılar haqqında hələlik ətraflı açıqlama verilməsə də, əvvəlki danışıqlarda iştirak etmiş eyni şəxslərin iştirak edəcəyi düşünülür.
ABŞ Dövlət Departamenti İsrail-Livan birbaşa danışıqlarının 5-ci raundunun 23-25 iyun tarixlərində Vaşinqtonda keçiriləcəyini açıqladı.
Danışıqlar ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkyan tərəfindən imzalanan və 18 iyunda qüvvəyə minən ABŞ-İran anlaşma memorandumundan sonra baş tutur. Sazişdə hər iki tərəfi Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə öhdəlik verən müddəa var.
Şayəstə





















