"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Liberallaşmaq yerinə məhdudiyyətlər tətbiq edirik”

09 Dekabr 2022 - 16:33
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Çalışmalıyıq ki, cəmiyyətimiz iqtisadi və digər sahələrdə daha da liberallaşsın”

Bunu da oxuyun

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

“Hörmətli sədr, ilk növbədə sizi Türkmənistanda təltif olunmağınız münasibətilə təbrik edirəm və daha böyük uğurlar arzulayıram. Mən, yalnız “Telekommunikasiya haqqında” qanunun 13-cü maddəsi ilə bağlı fikirlərimi bildirmək istəyirəm”.
Elchi.az Xalqcəbhəsi.az-a istinadən xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı deyib.
“Əvəllər lisenziyalar müddətsiz verilirdi, indi 10 il müddətinə verilir”,- deyən millət vəkili “mən istəyirəm bununla əlaqədar vacib bir məsələni həmkarlarımın diqqətinə çatdırım”,- deyə əlavə edib: “Ondan öncə də hörmətli həmkarım Musa Qasımlının bütün narahatlıqlarını bölüşürəm. Biz son zamanlar müşahidə edirik ki, qanunvericilik təşəbbüsü subyektindən – hazırda da bu işi əsasən Prezident Administrasiyası görür – gələn qanunların çoxunda əlavə və düzəlişlərdə yalnız məhdudlaşdırıcı normalar daxil olur. Hər kəs kiçik araşdırma aparsa görər ki, məsələn, cəzaları sərtləşdiririk, bəzən əsaslandırmadan sərtləşdiririk. Sual olunur, bu sahədə cinayətlərin sayında artım varmı? Yəni bu hal nədən qaynaqlanır? Cərimələr, rüsumlar artırılır. Dövlət orqanlarına səlahiyyətlər verilir ki, özü öz xidmətlərinə görə, vətəndaşlardan rüsum tələb eləsin. İndi də bu növbəti məhdudiyyətdir. Liberallaşmaq yerinə məhdudiyyətlər tətbiq edirik. Bu tendensiya görünən, hiss olunandır. Əgər insan bir istiqamətə meylləndisə, deməli o istiqamətdə işlər davam edəcək. Biz çalışmalıyıq ki, cəmiyyətimiz iqtisadi və digər sahələrdə daha da liberallaşsın. Məsələn, konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyətinin qanadları bir-biri ilə qarşılıqlı fəaliyyətdə işləyirlər. Amma məsələn, bir millət vəkili məhkəməyə müraciət edəndə ki, niyə uzun illərdir süründürməçiliklə məşğul olursan, niyə qərar qəbul eləmirsən, əgər iddiaçı haqsızdırsa, o zaman qərar qəbul elə, amma qərar qəbul eləmir, illərlə, aylarla təxirə salır. Yəni insanı süründürür. Müraciət edəndə isə keçir şantaja, bildirir ki, siz bizim işimizə qarışa bilməzsiniz. Hakimiyyətin bir qanadıdır. Halbuki, biz qarşılıqlı əlaqədə işləməliyik. İcra orqanına deyəndə deyirlər ki, biz hakimiyyətin müstəqil qanadıyıq, siz bizim üçün icrası məcburi olan göstəriş, qərar qəbul edə, verə bilməzsiniz və s. Amma bizim onlar tərəfindən gələn qanunlara ciddi müqavimətimizi görmürəm. Yəni onlar pis-yaxşı öz vəzifəsini yerinə yetirir, yeri gələndə hakimiyyətin qanadının mövqeyini “qoruyurlar”. Amma gələn qanun layihələrini biz səsə qoyuruq və qəbul edirik. Baxın, indi burada qeyd olunub ki, lisenziya“10 il müddətinə artırılır”. Soruşmaq lazımdır ki, niyə 10 il müddətinə artırılır? Lisenziya verilib. Lisenziyanın ləğvinin əsasları var. Əgər həqiqətən də o əsaslar varsa ki, sui-istifadə yol verir, yaxud layiqincə yerinə yetirmir və s. Kimsə deyəcək ki, hansısa beynəlxalq təcrübə var, hansısa ölkədə bu var. Belə məhdudlaşdırıcı normanın hansısa ölkədə olduğunu axtarırıq, tapırıq… Başqa ölkələrdə o qədər mütərəqqi normalar var ki, niyə onları axtarıb tapmırıq, niyə onları görmürük, amma tutaq ki, məhdudlaşdırıcı norma tətbiq edəndə axtarırıq ki, filan ölkədə hansısa təcrübə var. Lisenziya verilib, fəaliyyət göstərir, 10 ildən sonra bu məsələyə yendiın baxmaq nəyə lazımdır? Ona görə də mən bu kiçik dəyişikliyə – 10 il müddətinə etiraz edirəm. Qalan digər məsələlərlə bağlı öz müsbət müsbət münasibətimi bildirirəm. Həmkarlarımı da çağırıram, siz də Yeni Azərbaycan Partiyasının üzvlərisiniz, icra hamkimiyyətində də, hakimiyyətin başqa qanadlarında da Yeni Azərbaycan Partiyasının üzvləri var. Onlar deyir bizi Prezident təyin edib, Yeni Azərbaycan Partiyasının üzvləri də Prezidentin dəstəyi ilə millət vəkili seçiliblər. Prezidentə ən böyük kömək olar ki, onlar da öz vəzifələrini layiqincə yerinə yetirsinlər, lazım gələndə “yox” deməyi, etiraz etməyi bacarsınlar”.

Previous Post

“Liberallaşmaq yerinə məhdudiyyətlər tətbiq edirik”

Next Post

Ryabkov: ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

Bənzər yazılar

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12

ABŞ-ın vitse-prezidenti Cey Di Vens məxfi dövlət məlumatlarına çıxış imkanından istifadə edərək UNO və fövqəltəbii hadisələr haqqında materialları öyrənmək niyyətindədir....

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Next Post
Ryabkov: ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

Ryabkov: ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

Ryabkov: ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

Ryabkov: ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.