Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bu gün “Böyük İyirmilik” (G20) liderlərinə qlobal karbon qiymətinin təyin edilməsi təklifinə qoşulmağa çağırıb.
Elchi.az bu barədə BBC.com-a istinadən xəbər verir.
“İqlim dəyişikliyi antropogendir. Bu, o deməkdir ki, biz bu problemi həll edə bilərik. Bunun üçün bizə innovasiyalar, yaşıl texnologiyalara investisiyalar, bərpa olunan enerji imkanları və enerji səmərəliliyi lazımdır… G20 toplantısında mən liderlərə qlobal karbon qiymətlərinin müəyyən edilməsi çağırışına qoşulmağı təklif etdim”,-deyə Leyen X sosial şəbəkəsində yazıb.
Bir çox ölkələr öz iqlim məqsədləri üçün vergi şəklində və ya Emissiya Ticarət Sistemi (ETS), həmçinin ticarət çərçivəsində karbon qiymətindən istifadə edirlər.
Yeganə