Leonardo Di Kaprio - BMT-nin səfiri

🗓 17.09.2014 01:32 ✍️ "Elçi" qəzeti
Hollivud aktyoru Leonardo Di Kaprio BMT-nin planetin iqlim məsələləri üzrə səfiri təyin edilib. Musavat.com-undikaprio məlumatına görə, bu barədə təşkilatının baş katibi Pan Gi Mun açıqlama verib.
“Cənab Di Kaprio - ətraf mühitin müdafiəsi hərəkatında etimad bəslənən bir səsdir. Onun vədlərini gücləndirəcək çox böyük bir platforması var” – deyib Pan Gi Mun. BMT baş katibinin sözlərinə görə, 39 yaşlı Di Kaprio sentyabrın 23-də, Nyu-Yorkda, BMT-nin sammitində iqlim dəyişiklikləri problemləri ilə bağlı çıxış edəcək.
Ötən ilin oktyabrında məşhur aktyor Ümumdünya Vəhşi Təbiəti Müdafiə Fonduna 3 milyon dollar köçürüb. O, hələ 1998-ci ildə təbiəti müdafiə fəaliyyətinə qrantlar ayırmaq üçün öz adına fond təsis edib.

Bənzər yazılar