Lempard "Mançester Siti"də oynaya bilər

🗓 02.08.2014 14:21 ✍️ "Elçi" qəzeti
"Çelsi"dən ayrılaraq ABŞ-ın "Nyu-York Siti" klubuna transfer olunan Frank Lempard yenidən Premyer Liqayaimg1612027 qayıda bilər.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Mançester Siti" klubu 36 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırır.
Mançester təmsilçisinin baş məşqçisi Manuel Peleqrini təcrübəli futbolçunu komandasında görmək istəyir. Lempardın ABŞ liqası başlayana qədər "Mançester Siti"də oynamaqla formasını saxlamaq imkanı var. Lakin ingilis futbolçunun "Çelsi" ilə münasibətləri korlamamaq üçün "Mançester Siti"də oynamaq istəmədiyi bildirilir.
Qeyd edək ki, 2001-2014-cü illərdə "Çelsi"nin şərəfini qoruyan Lempard keçirdiyi 429 oyunda 147 qola imza atıb.
 

Bənzər yazılar