Fransa parlamentində ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen Krımı Rusiyanın legitim hissəsi adlandırıb. Elchi.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.
Siyasətçi 2014-cü ildə regionda keçirilən referendumu tam dəstəklədiyini bildirib. O vurğulayıb ki, Krım sakinləri öz gələcək taleyi ilə bağlı iradələrini sərbəst ifadə etmək hüququna malikdirlər.
Havar Şəfiyeva