"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Lavrova verdiyi suala görə işdən qovulan jurnalistin məsələsi böyüyür

23 Yanvar 2017 - 09:16
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Lavrova verdiyi suala görə işdən qovulan jurnalistin məsələsi böyüyür Telekanal təkzib edir, səfir Polad Bülbüloğlu susur; əksəriyyət jurnalistə dəstək verir, baş redaktor isə qərarı düzgün sayır…

Lider TV-nin Rusiyadakı müxbiri Anar Həsənovun işdən qovulması son günlərin əsas hadisəsi oldu. Ölkə daxilində həmkarımızla bağlı verilən qərar ciddi qınaq obyektinə tuş gəlib, sosial şəbəkələr və mətbuatın əsas müzakirəsinə çevrilib. 
A.Həsənovun işini itirməsinə səbəb kimi onun Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual göstərilir. Yanvarın 17-də 2016-cı ilin yekunları ilə bağlı Rusiyanın XİN rəhbərinin keçirdiyi mətbuat konfransında həmkarımızın bu sualı ona ünvanlayıb: “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”
Lavrovun məhz bu suala cavabı son  günlərdə Azərbaycanda təkcə rəsmi deyil, ictimaiyyət səviyyəsində ciddi etiraz doğurub. XİN rəhbərinin Lider TV-nin müxbirinin sualına cavabını bir daha xatırladırıq: “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”.
Image result for Lavrova sual verən
Əldə etdiyimiz xəbərə görə, jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə “vəsatət”i ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu qaldırıb. O hesab edib ki, jurnalistin xarici işlər nazirinə verdiyi bu sual və nazirin suala açıq cavab verməsi iki ölkənin dostluq münasibətlərinə xələl gətirib. Səfir jurnalistin sualını “təxribatçı sual” kimi dəyərləndirib və bu cür sual verdiyinə görə onun ünvanına ağır sözlər işlədib, hətta jurnalisti təhqir etməkdən çəkinməyib.
Ancaq ölkəmizdəki politoloqların, eləcə də televiziya mütəxəssislərinin fikrincə, jurnalist A.Həsənov ölkəmiz üçün çox faydalı olan bir hərəkət edib, rusiyalı nazirin təmsil etdiyi dövlətin Qarabağ məsələsində siyasi xəttinin nədən ibarət olmasını regiona və dünyaya göstərilməsinə səbəb olub.
Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə jurnalistlə bağlı qərarı sərt tənqid etdi: “Jurnalist ilk növbədə böyük qeyrət göstərib. O düzgün sual verib. Onu buna görə işindən azad etmək böyük biabırçılıqdır. Ölkəmiz adına rüsvayçılıq, qara ləkədir. Gərək belə etməyəydilər. Təəssüf ki, bunlar üçün insanın taleyi, ləyaqəti, daxili aləmi heç nədir. Bu qərara qəti şəkildə etiraz edir, jurnalisti dəstəkləyirəm. Elmar Məmmədyarov rəsmi şəkildə Lavrova cavab verir, amma jurnalist işindən kənarlaşdırılır. Görünür, bunlar bir mərkəzdən idarə olunmur. Xarici işlər nazirinin ”xozeyn”i başqa, jurnalistinki başqadır. Belə şeylər çox olur, sağ əl bir şey edir, sol əl tam başqa şey edir. Bunların da bir-birindən xəbərləri olmur. Hər kəs o jurnalisti müdafiə etməli, onun işinə qayıtmasına kömək etməlidir. Bir səfirin təqdimatı ilə jurnalistin işdən çıxarılması mümkündür, amma kanalın rəhbərliyi o ağılda olmalıdır ki, birinin tapşırığı ilə bu addımı atsın. Kanal rəhbərləri Polad Bülbüloğlundan güclüdürlər. Əgər onun sözü ilə kanal rəhbərliyi bu addımı atıbsa, bu böyük ədalətsizlikdir”.
Yazıçı-jurnalist Elçin Şıxlı hesab edir ki, jurnalisti vəzifəsini yerinə yetirdiyinə görə işdən qovmaq qəti qadağandır: “Məmmədyarovun Lavrova cavabını oxudum və o, diplomat kimi cavab verib. Bu da onun borcudur. Lavrov bütün dünyanın gözünün içinə baxa-baxa yalandan söylədi ki, BMT-nin 4 qətnaməsi var və orada atəşkəsə çağırılır. O qətnamələrdə yalnız atəşkəsə çağırılmır, atəşkəsə və erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasına çağırış var. Lavrov bunu həyasızcasına demədi. Jurnalistin sualına görə işindən azad edilməsi heç bir çərçivəyə, ağıla, məntiqə sığmır. Sadəcə, onun işlədiyi yerin rəhbərliyi onun arxasında dura bilmir. Uzaqbaşı yerini dəyişib Bakıya gətirə bilərdilər. Təəssüflər olsun ki, son zamanlar dəb olub. İki il bundan əvvəl Kreml tapşırıq verdi, Rauf Mirqədirovu tutdular, daha sonra sifarişlə ANS bağlandı. İndiki beynəlxalq şəraitdə Azərbaycan balanslaşdırılmış siyasət yürütməyə çalışır, amma burada da belə hadisələr baş verir. Polad Bülbüloğlu əgər belə təqdimat veribsə, o, öz başından belə təqdimat verə bilməz. Burada Xarici İşlər Nazirliyi var. Görünür, oradan səfirə deyilib ki, bu təqdimatı sən verməlisən. Söhbət olubsa, daha çox belə ola bilər. Bir də səfir ancaq təqdimat verə bilər. Lakin özəl kanal və media üçün rəsmi strukturun verdiyi təqdimat ancaq tövsiyə xarakterli ola bilər. Yəni özəl struktur onun təqdimatına fikir verməməli idi. Çünki bu təqdimat əslində heç nədir. Bu sərəncam, əmr, qanun deyil. Əgər Polad Bülbüloğlu belə bir təqdimat veribsə belə, özəl kanal onu işdən çıxarmamalı idi. Rəsmi dövlət məmurunun nədənsə narazılığı özəl struktura sərəncamla çatdırıla bilməz. Onun başı üzərində duranlar gərək bunu etməyəydilər. Təəssüf ki, o kanaldan başqa bir şey də gözləmək mümkün deyil. Əslində bu hadisə ölkəmizin imicinə ciddi zərbədir. Amma düşünmürəm ki, dünyanın dərdi bizim jurnalist olsun. Dünyada hazırda tamam başqa irimiqyaslı hadisələr baş verir. Azərbaycan kimsəni maraqlandırmır – yalnız Rusiya və Türkiyədən başqa. Özümüzü yalandan aldatmayaq”.
Image result for Lavrova sual verən
Lider TV-nin Xəbərlər Departamentinin rəhbəri Anar Şükürov yayılan xəbərləri təkzib etdi: “Jurnalist Lavrova verdiyi suala görə işdən çıxarılmayıb. Televiziyanın daxili əmrləri ilə azad olunub. Hansı məsələyə görə işindən azad olunduğunu tam dəqiqliyi ilə bilməsəm də, yalnız onu deyə bilərəm ki, verdiyi sualla bağlı işindən kənarlaşdırılmayıb. Polad Bülbüloğlunun təqdimatı ilə guya onun azad edildiyi barədə deyilənlər də tam həqiqətə uyğun deyil. Olsaydı, ən azından xəbərimiz olardı. Hər bir idarə, müəssisələrdə işdən azadetmə necədirsə, burada da elə olub”.
Jurnalistin özü və barəsindəki iddialarla bağlı P.Bülbüloğlu ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.
Onu da qeyd edək ki, ölkə daxilində əksəriyyət jurnalisti müdafiə etsə də, onu verdiyi suala görə qınayanlar da var. Belə ki, virtualaz.org və haqqın.az saytlarının baş redaktoru Eynulla Fətullayev Lider TV-nin verdiyi qərarı düzgün hesab edib. Onun bu barədə öz facebook səhifəsində paylaşdığı statusu təqdim edirik: “Lavrovu təxribata çəkmiş jurnalistin işdən çıxarılmasını çox düzgün qərar hesab edirəm. Boş yerdə Rusiya kimi dövləti ölkəmizə qarşı açıqlamaya vadar etmək nəyə xidmət edirdi? Sual qeyri-peşəkar və məntiqsiz idi. Üstəgəl axı Lavrova daha ağıllı sual vermək olardı, məsələn – Aprel müharibəsindən sonra 5 rayonun qaytarılmasına dair Lavrov planının aqibəti və sair. Və tam fərqli cavab almaq olardı, nə isə… Günah jurnalistdə deyil, onu ora göndərəndədi! O sualı onun əlinə verəndədi!”.
Previous Post

Lavrova verdiyi suala görə işdən qovulan jurnalistin məsələsi böyüyür

Next Post

Tramp Netanyahunu Vaşinqtona dəvət edib

Bənzər yazılar

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi...

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55

Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq mövcudluğu daha nəzərəçarpandır. Elchi.az xəbər verir ki, bu, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri...

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51

Türkiyənin cənub-şərqindəki Siirt vilayətində silahlı insident baş verib. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki, insident zamanı iki nəfər həyatını...

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

Tramp Netanyahunu Vaşinqtona dəvət edib

Tramp Netanyahunu Vaşinqtona dəvət edib

Son xəbərlər

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

03 Oktyabr 2026 - 14:00
Anatoli Kaşpirovski vəfat etdi

Anatoli Kaşpirovski vəfat etdi

03 Oktyabr 2026 - 13:43
Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30
Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

03 Oktyabr 2026 - 13:16
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

03 Oktyabr 2026 - 12:40
NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

03 Oktyabr 2026 - 12:21
Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09
Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53
Azərbaycan Prezidenti İraq liderini təbrik edib

Azərbaycan Prezidenti İraq liderini təbrik edib

03 Oktyabr 2026 - 11:52
Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51
Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.