Rusiyanın xarici işlər naziri Sergey Lavrov işgüzar səfərlə Venesuelanın paytaxtı Karakasa gəlib. Venesuelanın prezidenti Nikolas Maduro və xarici işlər naziri İvan Gil ilə görüş ənənəvi dostluq şəraitində keçib.
Elchi.az xəbər verir ki,Rusiya diplomatik departamentinin mətbuat xidmətinin məlumatına görə, prosesdə tərəflər Qərbin birtərəfli sanksiyalarla bağlı siyasətini pisləyib.
“Qərbin şantaj cəhdlərinə və qeyri-qanuni birtərəfli təzyiqlərə qarşı mübarizədə səyləri birləşdirmək lazımdır”, – Lavrov Xillə söhbətində çağırıb.
Rusiya və Venesuela Qərb ölkələrinin, xüsusən də ABŞ-ın birtərəfli sanksiyalar tətbiq etməklə suveren dövlətlərə təzyiq göstərəcəkləri və beynəlxalq siyasi vəziyyəti pozacaqları barədə razılığa gəliblər. Tərəflər polisentrik dünya nizamının, beynəlxalq hüququn aliliyinin və qlobal sabitliyin qorunmasının təmin edilməsi məqsədilə BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupu çərçivəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Nuranə Məmmədova