Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Qərb nümayəndələrinin “təbsizliyi” barədə danışıb.
Elchi.az xəbər verir ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov sanksiyaları “dəstəkləməyən” ölkələrə qarşı məhdudlaşdırıcı tədbirlərin perspektivlərindən danışaraq, sanksiyalar siyasətini heç yerə aparan yol adlandırıb.
“Qərb nümayəndələrinin həyasızlığı bütün sərhədləri aşır. Və bu, bu cür təzyiq və təhdidlərə məruz qalan ölkələrə tam hörmətsizlik kimi qəbul edilir… Sanksiya yolu heç yerə aparan yoldur”, – Rusiya XİN rəhbəri cümə günü, aprelin 14-də bildirib.
Şayəstə