Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığında Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud ilə İran ətrafındakı vəziyyəti və Fələstin–İsrail nizamlanmasını müzakirə edib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Beynəlxalq və regional gündəmdə olan bir sıra aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb. Diqqət əsasən Fələstin–İsrail nizamlanmasına, İran ətrafındakı vəziyyətə və Yəməndəki duruma yönəldilib. Yaxın Şərqdə hərbi-siyasi gərginliyin azaldılması və daha da eskalasiyanın qarşısının alınması məqsədilə beynəlxalq səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb”, — deyə diplomatik qurum bildirib.
Bundan əlavə, tərəflər Rusiya–Səudiyyə Ərəbistanı münasibətlərinin daha da möhkəmləndirilməsi perspektivlərini ətraflı müzakirə ediblər. “Moskva və Ər-Riyad arasında siyasi dialoqun yüksək səviyyədə saxlanmasının, həmçinin ticarət-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın inkişafı üzrə birgə işin fəallaşdırılmasının vacibliiyi qeyd olunub. Həmçinin Rusiya ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyi — 19 fevral 1926-cı il tarixi də müzakirə edilib”, — deyə XİN əlavə edib.
Məryəm





















