Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi səfərlə Hindistana gəlib.
Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin müxbiri məlumat verib.
Lavrov Yeni Dehlidə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşəcək. Rusiya XİN-in məlumatına görə, diplomatlar ölkələr arasında elm və kosmik texnologiyalar sahəsində təmasların genişləndirilməsini müzakirə etmək niyyətindədirlər. Danışıqların digər mövzusu isə energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi olacaq.
Nazirlər Yaxın Şərqdəki vəziyyət və digər aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Həmçinin tərəflər Rusiya və Hindistanın BRİKS və BMT daxil olmaqla müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığa dair yanaşmalarını uzlaşdıracaqlar.
Mayın 14–15-də Lavrov Hindistan paytaxtında keçiriləcək BRİKS ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək. Rusiya XİN daha əvvəl qeyd etmişdi ki, görüşdə beynəlxalq gündəliyin əsas məsələləri və “dünya çoxluğu” ölkələrinin rolunun gücləndirilməsinə xüsusi diqqət yetirilməklə qlobal idarəetmə sisteminin təkmilləşdirilməsi perspektivləri müzakirə olunacaq.
Məryəm





















