"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Lavrov planı”nın daha bir detalı açıldı – kritik gəlişmə

08 Sentyabr 2016 - 08:51
in XƏBƏR LENTİ
FacebookVatsap
“Lavrov planı”nın daha bir detalı açıldı – kritik gəlişmə

“Qarabağ klanı”na bəd müjdə – düşmən təlaşının əsas səbəbi; “5 rayon yalnız onun qarşılığında qaytarılır ki…”; bu gün həmsədrlərin Moskva görüşündə hərb, yoxsa sülh dilemmasına aydınlıq gəlməlidir; Qarabağa görə Qərb-Rusiya ziddiyyətlərində “düyün nöqtəsi” də açılacaqmı? Rusiyalı politoloq: “Kreml imkan verməyəcək ki, ABŞ konfliktin həllinə girişsin…”

Bunu da oxuyun

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Bu gün Moskvada Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin toplantısı keçiriləcək. Əksər müşahidəçilər Rusiya paytaxtındakı budəfəki müzakirələri kifayət qədər mühüm hesab edir. Çünki apreldəki 4 günlük müharibədən keçən 5 ayda yüksək səviyyədə yalnız iki görüş – Vyana və Sankt-Peterburq görüşü baş tutub və son vaxtlar nizamlama prosesində yenidən durğunluq müşahidə olunmaqdadır. Eyni zamanda müharibə riskləri təzədən artmağa başlayıb. 
Bu mənada həmsədrlərin Moskva görüşü xeyli dərəcədə hərb, yoxsa sülh dilemmasına aydınlıq gətirməlidir. Çünki gözləmə limiti artıq bitib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən həftə ATƏT-in XİN başçılarının Potsdamdakı qeyri-formal sammitində ilk dəfə açıq bəyan edib, Ermənistanın işğal altındakı əraziləri boşaltmağının vaxtının çatdığını bildirib, faktiki, yeni müharibə haqda xəbərdarlıq edib.
Ötən saylarımızda yazdığımız kimi, bu xəbərdarlıqdan həmsədr ölkələrə də pay düşür və zaman Ermənistanla yanaşı, bölgədə maraqları toqquşan vasitəçi dövlətlərin də əleyhinə işləyir. Bəs Moskva görüşü nə vəd edir? Görüşün Qarabağ məsələsinə ən böyük təsir imkanı olan Rusiyanın paytaxtında keçirilməsi konfliktin həlli baxımından hansısa əlavə pozitiv atmosfer yaradırmı?
***
“Qarabağ konfliktini yalnız kompromislər yolu ilə həll eləmək mümkündür”. Musavat.com-un məlumatına görə, bu barədə tanınmış rusiyalı politoloq Andrey Yepifantsev tert.am erməni nəşrinə müsahibəsində vasitəçilərin Moskvada gözlənilən görüşünü şərh edərkən bildirib. Onun sözlərinə görə, münaqişə “məğlublarsız həll” prinsipi əsasında nizama salınmalıdır. 
 
Image result for Qarabağ
 
Rusiyalı analitikin qənaətincə, Kremlin problemin həllinə öz məxsusi yanaşması var və bu yanaşma “Lavrov planı” adlanan sənəddə əksini tapıb. “Rusiyanın Qarabağ məsələsinin həllində maraqlı olması tamamilə başa düşüləndir: konfliktə cəlb olunmuş tərəflər Rusiyanın dost, strateji tərəfdaş hesab elədiyi dövlətlərdir. Ona görə də Moskva əlindən gələni etməyə çalışır ki, hər iki dövlət vuruşmasın və onlardan hər biri ilə dostluq münasibətləri saxlasın. Bu, həm də tərəflərə təsir məsələsidir”, – deyə politoloq qeyd edib.
Ekspert Qərbin Qarabağ nizamlanmasına mümkün təsir və müdaxilə imkanlarından, habelə iki güc mərkəzinin toqquşan maraqlarından da danışıb. “Rusiya nüfuzlu xarici siyasət yürüdür və imkan verməyəcək ki, Qərb konfliktin həllinə girişsin. Kremlin bu məsələdə müdaxilə etməməsi təəccüblü olardı” – təhlilçi vurğulayıb.
 
Daha sonra “Lavrov planı”nın detallarına toxunan Yepifantsev deyib: “Bu planı heç kim gözlə görməyib, ancaq mənə məlum olduğu kimi, həmin plan aşağıdakıları nəzərdə tutur: Dağlıq Qarabağ ətrafındakı 5 rayon statusun qarşılığında yox, məhz Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan sərhədlərinin açılmasının əvəzində açılacaq”.
***
Image result for Lavrov Planı
Göründüyü kimi, Lavrov planına görə, 5 rayonun geri qaytarılması yalnız kommunikasiyaların və sərhədlərin açılması qarşılığında nəzərdə tutulur ki, bu da əslində Azərbaycanı qane edir. Erməni tərəfini ən çox narahat edən də budur – rayonlar azad edildikdən sonra belə, Dağlıq Qarabağın statusunun qeyri-müəyyən qalması.
Bu, Ermənistanda hakimiyyəti zorla ələ keçirmiş “Qarabağ klanını”n əslində siyasi fiaskosudur. Çünki Sərkisyan-Köçəryan rejimi uzun illər erməni toplumuna təlqin və vəd edirdi ki, ərazilər, 5 rayon yalnız Dağlıq Qarabağın “müstəqilliyinin” Bakı tərəfindən tanınması qarşılığında qaytarıla bilər. Təsadüfi deyil ki, ciddi erməni ekspertləri konfliktin həllinin bu formata salınmasını, yəni status məsələsinin ikinci plana keçirilməsini, daha dəqiqi, unudulmasını Azərbaycanın mühüm diplomatik uğuru kimi qiymətləndirməyə başlayıblar.
***
 
Image result for 5 rayon
Yada salaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Putinlə Sant-Peterburq görüşündən sonra 5 rayon açıqlaması vermişdi. Türkiyə lideri söyləmişdi ki, Azərbaycanın cəmi bir neçə rayonun azad edilməsi kifayətdir ki, bölgədə tam yeni bir situasiya yaransın. O, faktiki Qarabağ probleminin yeganə məqbul həll modelini və şərtini dilə gətirərək belə söyləmişdi: “Azərbaycan ərazilərinin işğalını hamı qəbul edir. Madam ki, işğal var, onda buna niyə son qoyulmur? 
Hazırda münaqişənin həlli prosesində irəliləyişlər mövcuddur. Putin bu məsələnin üzərinə gedir. Azərbaycan prezidenti İlham Əliyev də bunu mənə bildirdi. 5 rayon azad edilərsə, problemlər sözün əsl mənasında rahatlıqla həll ediləcək, regionda normallaşma prosesi başlayacaq”.
Image result for kreml
Nəhayət, Kremlin sözçülərindən və danışmanlarından olan politoloqlar Sergey Markov və Aleksandr Duqin az öncə analoji fikirlər bildirmiş, hətta konstruktiv mövqe tutmayacağı halda Ermənistan rəhbərliyinə xəbərdarlıq eləmişdilər. Konkret olaraq Putinin müşaviri Markov demişdi ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı rayonlar məsələsində anlaşmaya əngəl yaratsa, o zaman 7 rayon güc yolu ilə də azad edilə bilər. “O halda müharibəni saxlamaq çətin olacaq və savaş Dağlıq Qarabağa da girəcək” – Markov İrəvana mesaj göndərmişdi. Öz növbəsində Duqin həll yolunu Qərbdə axtaracağı təqdirdə Ermənistanın dövlət olaraq xəritədən silinəcəyi ilə bağlı xəbərdar eləmişdi.
Bu məqamlar Kremlin Qarabağ məsələsində patronajlığı Qərblə bölüşmək niyyətində olmadığını bir daha təsdiq edir. Demək, “Lavrov planı” öz aktuallığını saxlayır və həmsədrlərin bugünkü Moskva görüşü də belə bir planın nə dərəcədə işlək mexanizmə malik olacağına aydınlıq gətirməlidir.
Previous Post

“Lavrov planı”nın daha bir detalı açıldı – kritik gəlişmə

Next Post

Moskvada Qarabağ danışıqları başlayır

Bənzər yazılar

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Amerika tərəfinə çatdırıb və bununla da nüvə proqramı ilə bağlı müzakirələrin yenidən...

Next Post

Moskvada Qarabağ danışıqları başlayır

Prezidenti kim xilas edib? – Ərdoğandan açıqlama

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.