Fələstinlilərin Qəzzadan Misirə köçürülməsi ideyası onların maraqlarına və bütövlükdə dünyanın problemlərinə ziddir.
Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Küveytin xarici işlər naziri Salem Abdullah əl-Cabir əs-Sabah ilə görüşdən sonra bildirib.
Misirlilər artıq açıq şəkildə bildiriblər ki, fələstinlilərin Sinay yarımadasına köçürülməsi yolu ilə Fələstin probleminin həlli ilə qəti şəkildə razı deyillər. Bu, tamamilə açıq şəkildə həm fələstinlilərin, həm də misirlilərin maraqlarına ziddir, ən əsası isə regionda sülhün bərqərar olması maraqlarına ziddir ”, – deyə nazir bildirib.
Nuranə Məmmədova