Ermənistan və ABŞ arasında hərbi təlimlər qəribə görünür, İrəvanın hərəkətləri təəssüf doğurur.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki , bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Biz təcavüzkar NATO ölkəsinin Transqafqaza nüfuz etməyə çalışmasında yaxşı bir şey görmürük ”, – Lavrov bildirib.
Onun sözlərinə görə, İrəvanın iki ildir KTMT çərçivəsində təlimlərdən imtina etməsi faktını nəzərə alsaq, Ermənistan və ABŞ-ın hərbi manevrləri qəribə görünür.
“Düşünmürəm ki, bu, heç kimə, o cümlədən Ermənistanın özünə yaxşı gəlir”, – Rusiya diplomatiyasının rəhbəri qeyd edib.
Lavrov əlavə edib ki, Ermənistan rəhbərliyinin hərəkətləri təəssüf doğurur. Rusiya ümid edir ki, Ermənistanın xarici siyasətində müttəfiqlik öhdəlikləri üstünlük təşkil edəcək.
Nuranə Məmmədova