Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə bağlı birgə komissiyanın yaradılması üçün heç bir problem yoxdur.
Elchi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
Lavrov Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın yaxın vaxtlarda yaradılacağına ümid etdiyini vurğulayıb.