Görüşlər Soçidə baş tutacaq.
Elchi.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı, oktyabrın 3-də Cənubi Osetiya və Abxaziya prezidentləri Alan Qaqloyev və Aslan Bjaniya ilə ayrı-ayrılıqda ikitərəfli danışıqlar və üçtərəfli görüş keçirəcək.
Rusiya XİN-in saytında verilən məlumata görə, görüşlərin gündəliyinə “ikitərəfli münasibətlərin, regional və beynəlxalq məsələlərin geniş spektri” daxildir. Tərəflər, xüsusilə, Transqafqazda təhlükəsizlik və sabitliyə dair Cenevrə müzakirələrinin “yerində” əlaqələndirilməsini müzakirə etməyi planlaşdırırlar.
Bundan əlavə, görüşdə Lavrovun 2024-2025-ci illər üçün xarici işlər nazirlikləri arasında məsləhətləşmələr planını imzalayacağı Cənubi Osetiya və Abxaziyanın xarici işlər nazirləri də iştirak edəcək. Danışıqlar Soçidə baş tutacaq, Rusiya Xarici İşlər Nazirliyi dəqiqləşdirib.
Şayəstə Hüseynova