Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin mənzil-qərargahına gəlib.
Elchi.az Rusiya mediasına istinadən bildirir ki, Lavrov bazar ertəsi və çərşənbə axşamı Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edəcək.
Qeyd edək ki, aprel ayında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədridir.
Bazar ertəsi iclas effektiv çoxtərəflilik və təşkilatın nizamnaməsinin prinsiplərinin müdafiəsi mövzusuna həsr olunub. Növbəti gün Yaxın Şərq nizamlanması mövzusunda görüş olacaq.
Bundan əlavə, bu gün, Lavrovun BMT-nin baş katibi Antonio Quterreşlə görüşü nəzərdə tutulub.
Yeganə