Lavrov: Rusiya İran ətrafındakı vəziyyətin necə inkişaf etməsindən narahatdır.
Elchi.az xəbər verir ki, Rusiya Yaxın Şərqdə, xüsusən də İran ətrafında hazırkı gərginləşən vəziyyətin necə inkişaf etməsindən narahatdır. Xarici işlər naziri Sergey Lavrov bunu RT-yə verdiyi müsahibədə bildirib.
Diplomat xatırladıb ki, İran Rusiyanın yaxın tərəfdaşı və qonşusudur.
“Və əlbəttə ki, hadisələrin hazırda necə inkişaf etməsindən narahatıq”, – deyə Lavrov ABŞ və İran arasında gərginləşən münasibətlərlə bağlı suala cavab olaraq bildirib.
28 yanvarda ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Abraham Linkoln təyyarədaşıyan gəmisinin rəhbərliyi ilə Yaxın Şərqə böyük bir qüvvə göndərdiyini açıqladı. O, İran hökuməti razılığa gəlməkdən imtina edərsə, Tehranı mümkün güc tətbiqi ilə bağlı xəbərdar etdi. Lakin Amerika lideri İslam Respublikası ilə bu mümkün razılaşmanın təfərrüatlarını açıqlamayıb. Eyni zamanda, Amerika rəsmiləri iranlılara üç tələb irəli sürdüklərini bildirirlər: uranın zənginləşdirilməsinə və ehtiyatlarının utilizasiyasına birdəfəlik son qoyulması, ballistik raketlərin sayına məhdudiyyət qoyulması və Yaxın Şərqdəki proksi qruplara bütün dəstəyin dayandırılması.
Şayəstə





















