Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir-Abdullahian BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Moskva və Tehranın müxtəlif səviyyələrdə siyasi dialoqu və qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti təsdiqlənib.
Tərəflər arasında əsas beynəlxalq mövzular ətrafında maraqlı fikir mübadiləsi aparılıb, aktual regional məsələlərə toxunulub, Cənubi Qafqazdakı vəziyyətə vurğu edilib.
Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...





















Son şərhlər