Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbirstanlığı” deyilən ərazidə qəbirüstü at fiqurları aşkar olunub.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən açıqlama verilib.
Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən monitorinqlər həyata keçirilir. At fiqurları da aparılan monitorinqlər zamanı aşkar edilib: “Tapılan at fiqurlarının qeydiyyata götürülməsi və qorunması istiqamətində tədbirlər görülüb. Monitorinqlər zamanı qəbirüstü at fiqurları da əməkdaşlarımız tərəfindən Laçın rayonunun Ərdəşəvi kəndi yaxınlığında “El qəbirstanlığı” deyilən ərazidə aşkar olunub”.
Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində...




















Son şərhlər