Ermənistan müxtəlif yollarla Qarabağa silah göndərməyə çalışdı, təəssüf ki, yenidən gərginlik yarandı.
Elchi.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bu gərginliyi aradan qaldırmaq və hərtərəfli sülh sazişi imzalandıqdan sonra yolların bərpasına və tikintisinə (Zəngəzur dəhlizi – red.) başlamaq lazımdır. Bu, elə Ermənistanın xeyrinədir”, – Çavuşoğlu bildirib.
Çavuşoğlu Azərbaycandan İran vasitəsilə Naxçıvana gedən yolun vacibliyindən də danışıb:
“Biz bunu da dəstəkləyirik, risklərdən qaçmaq üçün alternativ hər zaman lazımdır”.
Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik
Kreml Fransanın nüvə başlığı daşıya bilən ballistik raket sınağını Rusiya ilə qarşıdurmaya əsaslanan və dalana dirənən bir strategiya kimi qiymətləndirib....





















Son şərhlər