Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.
Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Sabunçuda tullantılar olan gölməçədə meyit tapılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda neft məhsullarının tullantıları olan gölməçədə kişi meyitinin aşkarlanması...