"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Lənkəranda quyuya atılan 6 günlük körpənin dramı – qan donduran qətlin yeni detalları

01 Avqust 2017 - 12:03
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Səhiyyə Naziriyi: Samuxda qarayaranın qeydə alınması ilə əlaqədar əhali arasında narahatlıq yaranmasına əsas yoxdur

AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq

Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb

Qatilin kimliyi bilinməsə də, şübhələr ən yaxın qohumların üzərinə gəlir: “Hadisəni kənar şəxslər törətməyiblər…”; DİN rəsmi açıqlama yaydı; hüquq müdafiəçiləri deyir ki…

İyulun 30-da Lənkəranın Darquba kəndində körpə ölümü hadisəsi baş verib. 6 günün körpəsi olan Nurullayeva Mələk Şaiq qızının meyiti su quyusundan tapılıb.

Həyətdəki su quyusuna atılan körpənin hadisə baş verən günü doğumunun 6-cı günü münasibətilə şadlıq məclisi olmalı imiş. Bu münasibətlə Bakıda yaşayan ailə üzvləri Lənkərandakı evlərinə gəliblər. Yayılan məlumatlara görə, hadisə baş verən gecə evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Atifə Nuriyeva və 10-a yaxın digər yaxın qohumlar olub. 6 günlük körpəsini yedizdirən ana 2 saat sonra yuxudan ayılanda körpəni yerində tapmayıb. Təşvişə düşən ailə üzvləri körpəni həyətdəki quyunun içindən tapıblar.

Картинки по запросу 6 günlük körpəni

Körpəni quyuda axtarmaq atanın ağlına gəldiyi üçün ictimaiyyətdə hadisəni də məhz onun törətməsi ilə bağlı fikirlər yayılıb. 6 günlük körpə ailədə 4 ildən sonra dünyaya gələn ikinci qız övladıdır və ilkin ehtimallara görə, məhz hadisənin də motivində bu nüans dayana bilər.

Məsələ ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsi ilə əlaqə saxladıq. Polis şöbəsindən “Yeni Müsavat”a bildirdilər ki, hələ ki araşdırma aparılır: “Hadisənin kim tərəfindən törədilməsi məlum deyil. Ona görə də atanın adını hallandıranlar doğru etmirlər. Çünki iş yekunlaşmayıb. Tərəfimizdən hüquqa müvafiq addımlar atılıb. Araşdırmadan sonra geniş məlumat veriləcək”.

Картинки по запросу Lənkəran Şəhər Polis Şöbəsi

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) də məlumat yayıb. Məlumatda bildirilir ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını bildirib: “Həmin gün saat 6.31 radələrində Ş. Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib. Hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb. Faktla əlaqədar cinayət işi başlanılıb. Lənkəran ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır”.

Картинки по запросу Daxili İşlər Nazirliyi

Hadisədən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasından aznews.az saytına verilən açıqlamadan məlum olur ki, ailə daha öncə qız övladlarının dünyaya gəlməsini istəməyib. Xəstəxanadan bildirilib: “1989-cu il təvəllüdlü, Darquba kənd sakini Valiyə Rzayeva İsfəndiyar qızı iyulun 25-də doğum şöbəsinə daxil olub. Keysəriyyə yolu ilə onun ikinci uşağı dünyaya gəlib. Bu, Valiyənin 4-cü hamiləliyi idi. Birinci qızı doğulandan sonra iki uşaq abort etdirib. Onlar da qız olub. 4-cü dünyaya gələn qız uşağının çəkisi 4 kilo 300 qram idi. Özü də çox sağlam idi. Biz əhvalatı bu gün eşitmişik və baş verənlərdən dəhşətə gəlmişik”.

Xəstəxanadan verilən məlumata görə, Valiyə Rzayeva 2 gün doğum şöbəsində müalicə olunub: “Burada qaldığı müddətdə daima evlərindən onun yanına gəlib-gedən olub. Ailənin diqqətində olub. Yəni belə bir diqqətdən sonra ailə necə qız uşağını qəbul etməz?”, – deyə xəstəxanadan bildirilib.

Hadisə hüquq müdafiəçilərini də şoka salıb və onlar, cinayəti törədən şəxsə ən ağır cəzanın verilməsini istəyirlər. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirdi ki, hadisəni kənar şəxslər törətməyiblər: “Hadisədən şok keçirmişəm və əlbəttə ki, bunu kənar şəxslər törətməyiblər. Artıq istintaq gedir, ifadələr alınır. Biz dəfələrlə uşaqlara olan münasibət, onlar arasında ayrı-seçkiliyin qoyulmasını hər zaman diqqətə çəkirik.

Картинки по запросу Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə

Çox güman ki, burada ikinci qız övladının dünyaya gəlməsi məsələsi var. Düşünürəm ki, qətl hadisəsi ailə tərəfindin bilərəkdən törədilib. Yəni uşağı heç kim oğurlamayıb. Sadəcə olaraq, əşya kimi götürüb, quyuya atıblar. Bu insanlar cəzalarını almalıdırlar. İstər ana, istər ata və yaxud da qeyrisi. Uşağa qarşı olan hər hansı bir zorakılıq faktı, cinayət halı dərhal qiymətləndirilməlidir. Demək olmaz ki, ölkədə bu cür hadisələrə aid nümunələr çoxdur. Məsələ ondadır ki, Azərbaycanın ailə modelində uşağa hər zaman önəm veriblər. İndi isə ailə modelində qəribə bir çatlama gedir. Düşünürəm ki, bu istiqamətdə uşaqlara diqqəti artırmaqla ciddi addımlar atılmalıdır. Məsələn, ailə modelinin normal formalaşması üçün daim gənc ailələrlə iş aparılmalıdır. Eyni zamanda uşaqların arasında ayrı-seçkilik qoyulmamalı, qadınlara qarşı zorakılığın qarşısı alınmalıdır. Bu cür münaqişələrin cənub bölgəsində çox olduğunu söyləmək olmaz. Hər regionun özünün mentallığı, dəyərləri var. Ola bilər ki, buna görə də haradasa hadisəni gizlədirlər, digərində isə daha çox yayılır”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da “Yeni Müsavat”a hadisə ilə bağlı danışarkən bildirdi ki, bu cür cinayətlər zamanı cəza verilən məqamda mənəvi cinayətlər də nəzərə alınmalıdır:“Ananın övladını oğurlamaq, onu quyuya atmaq, nəticədə anaya dəyən sarsıntı və digər bu kimi məqamlar da hesablanmalıdır.

Картинки по запросу Mehriban Zeynalova

Adətən, biz, sadəcə olaraq, əksər vaxt Cinayət Məcəlləsindəki maddələrlə hərəkət edib, cəzalar veririk. Ancaq sadaladığım nüanslar nəzərə alınmalıdır. Ölkədə qız uşağına qarşı münasibəti bu cür sərgiləyən insanlara qarşı bir fərqli cəza tətbiq edilməlidir ki, belə münasibət dəyişsin. Düşünürəm ki, artıq o qədər mənəvi cinayətlər baş verir ki, bununla bağlı da qanunvericilik orqanları düşünməli və təkliflər hazırlamalıdır ki, belə hadisələrin qarşısını alacaq cəza tədbirləri olsun. Burada iki cinayət var. Birincisi, yeni dünyaya gələn qız uşağının öldürülməsi, ikincisi də anaya verilən mənəvi əzab və ümumən ölkədə bu cür hərəkəti gündəmə gətirmək. Ona görə də cəzanı elə vermək lazımdır ki, hamıya görk olsun. İndiyə qədər daha çox ana bətnində qız uşaqlarının abortuna rast gəlirdik ki, bu da eyni cinayət tərkibli haldır. İndi nisbətən selektiv abortların qarşısı alınıb və tədbirlər görülür. Ancaq görürük ki, artıq başqa formalar da ortaya çıxır. Bu səbəbdən də elə bir cəza tədbiri olmalıdır ki, qız uşaqlarına qarşı bu cür cinayətlərin törədilməsinin qarşısı alınsın. Bunun qarşısını ictimai qınaq və cəza ilə almasaq, digərləri də düşünəcəklər ki, cəzasızlıq var və qız uşaqlarına qarşı belə hərəkəti etmək mümkündür. Mahiyyətcə bunun alt təsiri daha gərgin məsələdir. Ona görə də düşünürəm ki, hadisəni törədənə çox ciddi cəza verilməli və ictimaiyyətdə də ciddi qınaq olmalıdır”.

Bəs hazırkı qanunvericiliyə görə, körpənin qatilini nə gözləyir? Vəkil Əsabəli Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, hadisə ilk baxışdan qəsdən adam öldürmədir: “Körpə, hətta ana bətnində olan uşağın da öldürülməsi insanın qətli kimi qiymətləndirilir. Körpə uşağın öldürülməsində ağırlaşdırıcı hallar da nəzərə alına bilər. Bunu istintaq göstərəcək. İlkin görünüşdə belədir ki, köməksiz vəziyyətdə olan insan öldürülüb.

Картинки по запросу Vəkil Əsabəli Mustafayev

Bundan əlavə, digər ağırlaşdırıcı hallar da ola bilər. Cinayətin motivindən asılı olaraq cəza bəlli olacaq. Güman edirəm ki, həmin şəxsə çox ağır cəza veriləcək. Əlbəttə ki, burada qəsd göz qabağındadır. Ona görə də hadisənin ehtiyatsızlıqdan baş verməsindən söhbət gedə bilməz. Sadəcə olaraq, motiv bilinmədiyi üçün cəzanı da konkret söyləmək olmur. Ağırlaşdırıcı hal var və bu da nəzərə alınacaq”.

Yazı çapa gedərkən 6 günlük körpənin öldürüldüyü ilə bağlı daha bir versiyanın üzə çıxdığı məlum olub. Belə ki, “Report”un verdiyi xəbərə görə, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində aparılan ekspertiza zamanı ölən körpənin bədənində qıyıq (iri iynə, yorğan iynəsi) və sancaq dəlikləri müşahidə olunub. Körpənin bədənində, döş qəfəsinin sol nahiyəsində daxilə nüfuz edən tikiş iynəsi aşkar edilərək çıxarılıb. Bu barədə Darquba kənd sakinlərindən adının açıqlanmasını istəməyən şəxs bildirib.

Fakt polis əməkdaşları tərəfindən də təkzib olunmayıb. Hazırda hüquq-mühafizə orqanları bir neçə versiya üzrə araşdırmaları davam etdirir. O da bildirilir ki, bu ailədə əvvəllər də anormal hadisələr baş verib, körpənin atası Nurullayev Şaiq Muxtar oğlunun gözünə hansısa məxluqlar görünüb. Onun psixi durumunun tam yerində olmadığı bildirilir.

Bir daha xatırladaq ki, qan donduran hadisə 29 iyul tarixində Lənkəran rayonunun Darquba kəndində Nurullayevlər ailəsində baş verib. 6 günlük körpənin anası Valiyə Nurullayeva səhər vaxtı yuxudan ayılanda körpəsinin beşikdə olmadığını görüb. Həyat yoldaşı Şaiq Muxtarov körpənin oğurlanması ilə bağlı polis şöbəsinə məlumat verib. Uşağın yoxa çıxdığı müddətdə evdə ata-anadan başqa gəlini ilə bir otaqda yatan nənə Arifə Nurullayeva və uşağın altıaxşam şənlik məclisi üçün Bakıdan gələn daha bir neçə yaxın qohum olub. Hadisə yerinin müayinəsi zamanı ölmüş körpənin meyiti həyətdəki üstü bağlı 5 metrlik quyuda aşkar edilib.

Previous Post

Lənkəranda quyuya atılan 6 günlük körpənin dramı – qan donduran qətlin yeni detalları

Next Post

Xəzərin sahilində meyit tapıldı

Bənzər yazılar

Səhiyyə Naziriyi: Samuxda qarayaranın qeydə alınması ilə əlaqədar əhali arasında narahatlıq yaranmasına əsas yoxdur

Səhiyyə Naziriyi: Samuxda qarayaranın qeydə alınması ilə əlaqədar əhali arasında narahatlıq yaranmasına əsas yoxdur

13 Avqust 2026 - 18:55

“Samux rayonunda bir şəxsdə qarayara xəstəliyinin laborator müayinələrlə təsdiqlənməsi ilə bağlı aparılan ilkin epidemioloji araşdırmalar zamanı həmin şəxsin iribuynuzlu heyvanla...

AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq

AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq

13 Avqust 2026 - 18:10

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət...

Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb

Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb

13 Avqust 2026 - 17:17

Tufandağ buzlağının vəziyyətinin qiymətləndirilməsi məqsədilə hər il mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib....

Məktəbli formalarının qiymətləri açıqlandı

Məktəbli formalarının qiymətləri açıqlandı

13 Avqust 2026 - 15:53

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlanıb. Elchi.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında Bakı Tikiş Evinin şöbə müdiri...

Next Post

Xəzərin sahilində meyit tapıldı

Xəzərin sahilində meyit tapıldı

Son xəbərlər

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

13 Avqust 2026 - 20:27
Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

13 Avqust 2026 - 19:27
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır

“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır

13 Avqust 2026 - 19:15
“Mançester Siti”nin futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

“Mançester Siti”nin futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

13 Avqust 2026 - 19:06
Səhiyyə Naziriyi: Samuxda qarayaranın qeydə alınması ilə əlaqədar əhali arasında narahatlıq yaranmasına əsas yoxdur

Səhiyyə Naziriyi: Samuxda qarayaranın qeydə alınması ilə əlaqədar əhali arasında narahatlıq yaranmasına əsas yoxdur

13 Avqust 2026 - 18:55
Seutada miqrasiya gərginliyi: 5 min qanunsuz miqrant şəhərdə qalır

Seutada miqrasiya gərginliyi: 5 min qanunsuz miqrant şəhərdə qalır

13 Avqust 2026 - 18:44
Roma yaxınlığında hərbi sursat istehsal edən zavodda partlayış olub

Roma yaxınlığında hərbi sursat istehsal edən zavodda partlayış olub

13 Avqust 2026 - 18:38
Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb, sakinlər təxliyə edilib

Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb, sakinlər təxliyə edilib

13 Avqust 2026 - 18:19
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq

AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq

13 Avqust 2026 - 18:10
İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb

İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb

13 Avqust 2026 - 17:58
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

13 Avqust 2026 - 17:49
Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

13 Avqust 2026 - 17:41
ABŞ Trampın helikopteri ilə bağlı insidentdən sonra uçuş qaydalarını dəyişəcək

ABŞ Trampın helikopteri ilə bağlı insidentdən sonra uçuş qaydalarını dəyişəcək

13 Avqust 2026 - 17:38
Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək

Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək

13 Avqust 2026 - 17:25
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb

Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb

13 Avqust 2026 - 17:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.