Lənkəranda Xəzər dənizinin kənarında mina tapılıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, mina sahil zolağında, çimərlik ərazisində aşkar olunub.
Əraziyə mütəxəssislər cəlb olunub. İnsanlar təxliyə edilməklə təhlükəsizlik tədbirləri görülüb və aşkarlanan mina zərərsizləşdirilib.
Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə su səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar edilərək müvafiq qurumların əməkdaşları tərəfindən zərərsizləşdirilir.
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Sentyabrın 25-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili...





















Son şərhlər