Lənkəranda Xəzər dənizinin kənarında mina tapılıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, mina sahil zolağında, çimərlik ərazisində aşkar olunub.
Əraziyə mütəxəssislər cəlb olunub. İnsanlar təxliyə edilməklə təhlükəsizlik tədbirləri görülüb və aşkarlanan mina zərərsizləşdirilib.
Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə su səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar edilərək müvafiq qurumların əməkdaşları tərəfindən zərərsizləşdirilir.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Noyabrın 11-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis tərəfindən təmin olunub. DİN-in Mətbuat...





















Son şərhlər