Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində idarə heyəti ilə xidməti müşavirə keçirib, əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib.
Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqi ilə bağlı müvafiq göstərişlər verib.
Qeyd edək ki, 26 İyun – Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Quru Qoşunları komandanlığında və Qarabağ iqtisadi rayonunda yerləşən hərbi hissələrdə olublar.
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO
Kəlbəcər sakinləri ağır faciələrdən keçsələr də, öz əzmini, inamını və qürurunu əsla itirməyiblər. Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir...





















Son şərhlər