Daxili İşlər Nazirliyi (DİN) gənc yazar Kəramət Böyükçölün saxlanılmasına aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, K.Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər: “Hətta qonşulardan biri bir dəfə qapını döyərək onları sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb. Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır”.
Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib
Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...





















Son şərhlər